Fındıq
Fındıq qidalandırıcı maddələrlə zəngindir. Onun tərkibində olan kalorinin miqdarı çörəyin tərkibində olan kalorinin miqdarından 2-3 dəfə, süddəkindən 8 dəfə çoxdur. Fındığın tərkibinin 60%-ni yağlar təşkil edir. Fındığın tərkibində olein, stearin, palmit yağları var. Bu yağlar qanda xolesterinin miqdarının azalmasına səbəb olur, damarların divarını möhkəmləndirir, orqanizmin inkişafını sürətləndirir. Fındığın tərkibində zülallar, B1, B2, C, E vitaminləri, kalium, kolbat, dəmir, sink, siamin, niasin, protein və s. var.
Findiğin tərkibində olan E vitamini orqanizmdə baş verə biləcək kanserogen proseslərin inkişafını ləngidir. Fındıq yemək ürək-damar və əzələ sisteminin möhkəmlənməsinə səbəb olur. Onun tərkibindəki dəmir hormonların fəaliyyətini nəzarət altına alır, kalsium isə dişlərin məhkəmlənməsinə səbəb olur. Fındıqda olan kalium sinir sistemini möhkəmləndirir. Fındıq dietik qidalardandır. Gün ərzində 1 ovuc fındıq yemək orqanizmin selenə olan ehtiyacını ödəyir. Fındıq yemək ürək xəstəlikləri riskinin azalmasına səbəb olur. Fındıq yemək orqanizmin zərərli şlaklardan təmizlənməsinə səbəb olur. Fındıq orqanizmi təmizləməklə yanaşı onun immun sistemini möhkəmləndirir.
Fındıq yemək hər yaş qrupunda olan adamlar üçün faydalıdır.
Onun tərkibində olan kalium, kalsium və sink qarışımı sümük sisteminin möhkəmlənməsinə səbəb olur. Fındıq yemək qaraciyərin təmizlənməsinə səbəb olur.
Fındığın zərərli xüsusiyyətləri
Ağır formalı uşaq diabet xəstələrinə və xroniki ağır qaraciyər xəstələrinə fındıq yemək məsləhət görülmür. Bağırsaq və mədəaltı vəzi xəstələrinə fındıq yeyərkən diqqətli olmaları məsləhət görülür.
Allergiya xəstələri də fındıq yeyərkən diqqətli olmalıdırlar.
Gün ərzində 30-50 qramdan artıq fındıq yemək məsləhət görülmür. Çoxlu miqdarda fındıq yemək baş ağrılarına səbəb ola bilir.
Çoxlu miqdarda fındıq yemək beyində spazmların əmələ gəlməsinə səbəb ola bilir. Qabıqsız fındıq almaq olmaz . Fındıq uzun müddət qabıqsız qaldıqda onda olan minerallar tərkibini dəyişə bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Fındıq" haqqında müzakirə