DARÇIN HAQQINDA

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 7 908
  • 0 rəy

Bu ədviyyatın tərkibində yer alan qəhvəyi rəngli qiymətli aldehit maddə tromb yaranmasına əngəl yaradır. Araşdırmalar göstərmişdir ki, darçın qandakı şəkərin səviyyəsini stabilləşdirir və şəkər xəstəliyi zamanı yardımçı olur. Ədviyyatı əsas yeməklərə və içkilərə (çay, qəhvə, və s.) əlavə etmək olar. Şəkər xəstələri üçün gündəlik doza 1 çay qaşığından artıq olmamalıdır. Darçının tərkibindəki liflər və kalsium ürək-damar sistemini möhkəmləndirərək orqanizmi ürək xəstəliklərindən qoruyur. Bu ədviyyatla ağızdakı xoşagəlməz qoxunu da götürmək olar. Belə ki, həmin ədviyyatdan kiçik bir parça çeynəmək lazımdır. Əgər bütün gün boyu nəfəsinizin təravətli qalmasını istəyirsinizsə o zaman hər səhər iliq bal və darçın qarışımıyla boğazınızı yaxalamaq məsləhət görülür. Qarışım üçün hər məhsuldan bir çay qaşığı götürülərək bir stəkan suda həll edilir.
O həm də, soyuqdəymənin simptomlarını aşağı salır və xroniki öskürək zamanı nəfəsi yüngülləşdirir. Güclü öskürək zamanı 0,5 çay qaşığı darçını 1 xörək qaşığı bal ilə qarışdırıb 4-5 gün qəbul etmək faydalıdır. Antibakterial, antivirus və antiiltihab kimi xüsusiyyətləri olduğu üçün bu ədviyyat daxili və xarici infeksiyaların müalicəsi üçün məsləhət görülür.
Artıq uzun müddətdir ki, həkimlər də darçının müalicəvi xüsusiyyətlərinə diqqət ediblər və onu antiseptik vasitə kimi tövsiyyə edirlər.
Darçını yeməklərə əlavə edərək ona sadəcə gözəl qoxu və dad vermək deyil, həm də mədənin həzminə kömək edirsiniz. Hər bir yeməyə 1/4 çay qaşığı ədviyyat əlavə etmək olar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"DARÇIN HAQQINDA" haqqında müzakirə