Nektarin
Nektarinin indi soyuğa davamlı növlərini də yetişdirirlər. Bu növlər isə ən çox Şimali Qafqazda və Volqorqad vilayətində yetişdirilir. Son illər nektarinin ən iri meyvələri olan ağacları əkilir. Bu ağacların meyvəsinin hər biri 200 qrama qədər, rəngi sarı-qırmızı və gözəl görünüşə malik olur. Onun bu növü daha çox cazibəli və gözəldir.
Nektarinin tərkibində fruktoza, saxaroza, orqanik turşular ( alma və sirkə), aktiv polifenol, pektin, C və P vitaminləri, pektin maddəsi, fosfor, kalium, kalsium, maqnium, dəmir, kükürd və s. var. O daxili sekresiya vəzilərinin fəaliyyətini artırır, pis və çətin həzm olunan yağların orqanizm tərəfindən sorulmasını sürətləndirir. Nektarinin tərkibində olan A və E vitaminləri, antioksidantlar dərinin elastikliyini artırır, dəridə olan xırda qırışları açır, çapıqların sağalmasını sürətləndirir, xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.
Nektarinin tərkibində olan pektin birləşmələri orqanizmdə zərərli maddələrin xaric olmasına səbəb olur. Nektarin orqanizmdə xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. Ürək döyüntülərinin zəifləməsi zamanı, qan azlığında, mədə turşuluğunun miqdarı artdığı zaman, qəbizlik zamanı yeməyə 15 dəqiqə qalmış nektarin şirəsi içmək çox faydalıdır. Müntəzəm nektarin şirəsi içmək arterial təzyiqin və ateresklerozun profilaktikasında çox xeyirlidir. Nektarin çəyirdəyindən aktivləşdirilmiş kömürün hazırlanmasında, suvenirlərin düzəldilməsində geniş istifadə edilir. Nektarindən hazırlanan şirələr isə bütün dünya mətbəxlərində istfadə edilir.
Nektarinın Ziyanı
Nektarindən həddindən çox yemək çəkinin artmasına səbəb olur. Şəkərli diabetdən və allergiyadan əziyyət çəkənlərə də bu meyvədən istifadə edərkən ehtiyatlı olmaq tövsiyə edilir. 7 yaşından kiçik uşaqlara da çox nektarin yemək məsləhət edilmir. Nektarin çəyirdəyinin ləpəsində zəhər və sinilin turşusu var.Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Nektarin" haqqında müzakirə