Uşaqlarda astma xəstəliyi nədir?

  • Müəllif: sahane
  • Tarix: 7 fevral 2018
  • Baxış sayı: 3 252
  • 0 rəy

Uşaqlarda astma xəstəliyi öskürək, xırıltı, nəfəs darlığı ilə xarakterizə edilir. Adətən üst tənəffüs yollarının infeksiyaları ilə bağlıdır.

Dərmanlardan sonra bir müddət düzəliş olsa da yenidən təkrarlayır. Siqaret dumanı, rütubət, kimyəvi qoxular, hava kirliliyi xəstəliyin şiddətini artırır.

Bəs uşaqlarda astma nə üçün yaranır?

Körpəlik zamanı astmanın 90 faizi allergiya xarakterli olur. Allergik-astma genetikdir.

Astma uşaqların ilk 2 ilində özünü biruzə verir. Peyvənd olunan belə xəstələrin yaxşılaşma faizi daha yüksəkdir.

Körpələrdə
astma necə bilinir?

Öskürək, xırıltı, nəfəs darlığı, əlamətlərin gecə artması astmanın xüsusiyyətidir. 30 dəqiqə ərzində davam edən və bronxları genişləndirən dərmanlara müsbət effekt verən öskürəklər astma xəstəliyi kimi qəbul edilməlidir.

Astmaya səbəb olan olan allergiyanın hansı maddəyə qarşı olduğunu allerji dəri testləri vasitəsi ilə yoxlanılır. Dəridəki qızartının şiddətinə görə dəyərləndirilib xəstənin nəyə qarşı allergiyası olduğunu bilmək lazımdır.

Bəs uşaqlarda astma xəstəliyi necə müalicə edilir?

İlk olaraq uşaq allergiyası olan qidadan və ya maddədən uzaqlaşdırılmalıdır. Bronxları müalicə edən sprey dərmanlardan istifadə edilməlidir. Bunlar rahatlaşdırıcı dərmanlardır. Belə dərmanlar sadəcə xəstəliyin şiddətlənməsindən qoruyar.

Həkim təyinatı ilə digər xəstəlikdən qoruyan və tənzimləyən dərman preparatları yazıla bilər.

Nəzərinizə çatdıraq ki, bu tip dərmanlar istifadə edildiyi zamanlarda faydalıdır. Əks təqdirdə xəstəlik geri dönər. Bu səbəbdən allergiya yaradan əsas mənbə araşdırılmalı və buna uyğun müalicə metodu seçilməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Uşaqlarda astma xəstəliyi nədir?" haqqında müzakirə