Uşaqlıqda öskürək

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 3 387
  • 0 rəy

Öskürək- ağciyərlərin müdafiəsinə yönələn reflektor vəziyyətdir.
Ümumi məlumatlar.
Öskürək daha çox həkimə müraciət etməyə səbəb olur. Öskürək ağcıyərlərin ciddi xəstəliklərinin səbəbi olsa da bu hər zaman belə olmur. Çünki əksər hallarda öskürək təhlükəsiz, uzun müddət sürməyən xəstəliklərin də səbəbi ola bilər. Başa düşmək lazımdır ki , öskürək ağciyərlərin müdafiəsinə yönələn reflektor ( nəzarət olunmayan ) vəziyyətdir. Öskürək ağcıyərlərə zərərli maddələrin və hissəciklərin daxil olmasının qarşısını alır,həmcinin tənəffüs yollarından artıq ifrazatı xarıc edir.
Səbəbləri.
Uşaqlıqda öskürək ən çox yuxarı tənəffüs yollarının ( burun və boğaz) virus infeksiyaları ilə əlaqədar ola bilər. 8-13 yaş uşaqlar arasında bu infeksiyalar hər il , həttda ildə bir neçə dəfə ola bilər. Bu infeksiyalar nəticəsində törənən öskürək 2-3 həftəyə qədər çəkə bilər. Ona görə adama elə gəlir ki, xüsusi ilə qışda uşaqlar fasiləsiz öskürürlər.
Xroniki öskürək ən çox bronxial astmada rast gəlinir. Astmanın yüngül formasında çətinləşmiş xırıltılı tənəffüs müşahidə olunmur , amma pasiyentlər xüsusi ilə gecələr və ya fiziki yüklənmə zamanı uzun sürən öskürəkdən əziyyət çəkirlər. Istənilən qıcıqlandırıcı maddələr,siqaret tüstüsü və ya sənaye mənşəli kimyəvi maddələr xroniki öskürəyə səbəb ola bilər. Həmçinin müxtəlif allergiyalar, ot qızdırması və ya sinusitlər öskürəklə müşayət olunur. Pnevmoniya, ağciyər şişlərində də öskürək meydana çıxır. Adətən bu xəstəliklər zamanı hərarətin yüksəlməsi, iştahanın olmaması , çəkinin azalması da müşahidə olunur.
Siz nə edə bilərsiniz.
Əgər öskürək bir neçə gün davam edirsə,başdakı , boğazdakı ağrı ilə bağlıdırsa bunu adi vasitələrlə müalicə eləmək olar. Əgər öskürək 1 həftədən artıq çəkirsə və öskürən adam özünü pis hiss edirsə mütləq həkimə müraciət etməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Uşaqlıqda öskürək" haqqında müzakirə