Ekzemanın təbii üsulla müalicəsi - RESEPTLƏR
İmmunitet.az ekzemanın bitkilərlə müalicə üsullarını təqdim edir:
- Yarım litr suyu qazanda qaynadın. Qaynayan suyun içərisinə bir ovuc ağ tut qurusu əlavə edin və 7 dəq. qaynadın.
Qaynadıqdan sonra əlinizi yandırmayacaq istilikdə olan suyun içərisinə ekzamalı olan əlinizi salaraq 10 dəq. saxlayın.
Əlinizi isə ən az 1 saat ərzində yumayın daha sonra sadəcə su ilə durulayın. Həftədə 4 dəfə tətbiq edilməlidir. 2 həftə ərzində nəticə əldə etməsəniz bunu yenidən tətbiq edin.
- Aloya vera dərinin nəmli qalmasına kömək edərək dəri problemlərinizi azaltmağa yarıdmçı olacaq.
- Çobanyastığı çiçəyi sakitləşdirici faydası ilə ekzamaya müsbət təsir göstərəcək. 1 stəkan qaynar suyun içərisinə bir az bu bitkidən əlavə edin və 10 dəq. dəmləyin. Daha sonra süzün və dəsmal ilə ekzamalı nahiyənin üzərində 10 dəq. gözlədin. Sonra isə su ilə durulayın. Hər gün etsəniz müsbət nəticə alacaqsınız.
- Soyuq südü pambıq köməkliyi ilə dərinizə tətbiq edin. Bir müddət gözlədin və su ilə durulayın. Gündə mütəmadi olaraq 2 dəfə tətbiq edin.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ekzemanın təbii üsulla müalicəsi - RESEPTLƏR" haqqında müzakirə