Hamiləlik zamanı təyyarə, gəmi və ya qatarla gəzintiyə çıxmaq olarmı?

  • Müəllif: elnare
  • Tarix: 2 iyul 2017
  • Baxış sayı: 2 367
  • 0 rəy

Hamiləlik zamanı təyyarə, gəmi və ya qatarla gəzintiyə çıxmaq olarmı? Hamiləlik və səyahət.

Hamiləlik zamanı gəzintiyə çıxmaq və ya gəzinti zamanı nələrə diqqət yetirmək lazım olduğunu öyrənmək istəyirsinizsə o zaman mütləq aşağıdakıları oxuyun.

Hamiləlik zamanı səyahət etmək üçün ən yaxşı vaxt hamiləliyin ilk üçaylığıdır. Hamiləliyin 14-26-cı həftəsi səyahət etmək üçün ən ideal zaman hesab edilir. Çünki bu dövrdə ananın ürəkbulanması, iylərə qarşı həssas olması və qusması azalmış olur. Bu dövrdə hamilə qadının qarnı böyüməmiş olur və o asanlıqla verlosiped sürə bilir. Qarının böyümədiyi üçün səyahət dövründə qadın asanlıqla hərəkət edə bilir və özünə əmin olur. Mütəxəssislər uzun məsafəyə səyahət etməyi hamiləliyin yeddi ayına kimi planlaşdırmağı məsləhət bilir. Hamiləliyin yeddinci ayından sonra uzaq məsafəyə səyahət etmək vaxtınan əvvəl uşağın dünyaya gəlməsinə səbəb ola bilir. Statistikanın nəticələri yeddi ayından sonra səyahət edən minlərlə doğuşu qeydə alıb.

Mütəxəssislər uzaq məsafəyə səyahət etməzdən əvvəl hamilə qadının ginekoloqla mütləq məsləhətləşməyi tövsiyə edir. Çünki, hamiləlik zamanı uzaq məsafəyə səyahət eləmək aşağıdakı tibbi çatışmazlığa səbəb ola bilər:
  • * xroniki xəstəliklər kəskinləşə bilir
  • * allergiya xəstəlikləri əmələ gələ bilər
  • * nefropatiya, hestoz, gecikmiş toksikoz inkişaf edə bilər
  • * hamiləlik inkişafdan qala bilər

Hamiləlik zamanı haraya getmək olmaz?

Mütəxəssislər hamilə qadınlara Afrika, Kuba, Meksika və gerdə qalmış Asiya ölkələrinə səyahət etməyi məsləhət bilmir. Bu ölkələr bizim ölkəmizdən həm uzada yerləşir, həm də istilik baxımından əlverişli sayılmır. Mütəxəssislər hamilə qadınlara mülayim iqlimdən qəfil soyuq iqlimə səyahət etməyi də məsləhət görmürlər. Mütəxəssislər xarici ölkələrə səyahət edən hamilə qadına ekzotik meyvələr və ya qidalarla qidalanmağı da məsləhət bilmir.
Mütəxəssislər hamilə qadınlara təbiət qoynunda gəzməyin, dəniz havası udmağın çox faydalı olduğunu söyləyir. Amma, nəzərə almaq lazımdır ki, uzun müddət günəş şüaları altında dayanmaq olmaz. Çünki bu qanaxmaya və uşaqsalmaya səbəb ola bilər.

Hansı transportdan istifadə etmək daha yaxşıdır?

Hər bir transportun hamilə qadına mənfi və müsbət təsiri vardır. Təyyarə insanı qısa müddət ərzində getdiyi məsafəyə çatdırırsa, hamilə qadının təhlükəsizlik baxımından faydasızdır.
Qatarla səyahət etmək pis variant deyil, amma bütün komfortu yerində olan qatar olması lazımdır. SV kupedə səyahətə getmək və lazım olan hər bir şeyi yanında götürmək hamilə qadının təhlükəsizliyinin təminatçısıdır.
Avtomobillə səyahət etdikdə bir müddətdən sonra mütləq fasilə verib 5-10 dəqiqə gəzişmək lazımdır. Avtomobildə oturarkən qarının sıxılmamasına diqqət yetirmək lazımdır. Bu zaman isə hamilə qadının çantasında əvvəlcədən dondurulmuş su, içmək üçün su, kompot mütləq olmalıdır.
Uzun müddət yol gedərkən hamilə qadın qarın və bel hissəsinə ağırlıq düşməməsini nəzarət altında saxlamalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hamiləlik zamanı təyyarə, gəmi və ya qatarla gəzintiyə çıxmaq olarmı?" haqqında müzakirə