Günahkarlıq hissindən xilas olmanın yolları
Evdə görüləsi işlərin çox olduğu bir vaxtda siz sakitcə kənarda oturduqda özünüzü günahkar hiss edirsinizmi? Və yaxud iş yerinizdə görə biləcəyiniz işi görmədən, başqasının sizin yerinizə işlədiyi zaman günahkarlıq hissi yaşayırsınız? Əgər sizdə bu hiss olursa və ondan xilas olmaq istəyirsinizsə, o zaman aşağıdakı qaydalara əməl edin:
İnsanın özünə qarşı günahkarlıq hissi duyması əslində təbii bir haldır. Bu hissi sosial çevrədəki adamların yaşam təhdidlərindən başqa bir şey deyil. Buna görə də bu cür təhdidlərə boyun əyməmək üçün daima hazırlıqlı olmalısınız. Əgər siz etmək istəmədiyiniz bir hərəkət üçün başqalarından danlaq eşidirsinizsə, özünüzü buna əvvəlcədən hazırlamalısınız. Beyniniz, vicdanınız sizə ətrafdakıların xahişlərini rədd etməməyi deyirsə, o zaman siz özünüzlə mübarizə aparmalısınız. Yoxsa bir ömür boyu başqaları üçün özünüzü fəda etməyiniz lazım gələ bilər.
İlk dəfə kiminsə yardımına getmədinizsə, bunun üçün heç də özünüzü danlamayın. Əksinə özünüzü təbrik edin. Ola bilər ki, başqalarının yardımına getmədiyiniz üçün özünüzü piss hiss edə bilərsiniz. Yardıma getsəydiniz özünüzü daha yaxşı hiss edərdiniz deyə düşünürsünüzsə, çox səhv yoldasınız. Siz əgər belə düşünsəniz onda bir ömür boyu ətrafdakı insanların təhdidinə məruz qalacaqsınız. Unutmaq lazım deyil ki, yaşadığınız həyat sizindir, ona kimsənin qarışmağa və sizdən almağa ixtiyarı yoxdur.
İnsan beyni, enerjisini hansı tərəfə yönəldirsə, onun həyatı da o istiqamətə doğru gedir.
Əgər sizin də beyniniz, özünüz üçün yaşadığınızı və bu həyatda heç kimə borclu olmadığınız düşüncələriylə yaşayırsa, inanın ki, həyatınız çox rahat və gözəl keçəcək.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Günahkarlıq hissindən xilas olmanın yolları" haqqında müzakirə