Baş ağrılarının növləri

  • Müəllif: admin2
  • Tarix: 11 iyun 2017
  • Baxış sayı: 2 460
  • 0 rəy

Baş ağrılarının növləri

Əgər sizin başınız ağrayırsa bu sizdə miqrenin olması mənasına gəlmir. Baş ağrıları müxtəlif səbəblərdən meydana çıxa bilir. Miqren Araşdırmalar İnstututu təkcə Amerikada 36 milyon adamın miqrendən əziyyət çəkdiyini qeyd edir. Amma, baş ağrılarının səbəbi yanlız miqren olmur. Ağrılar baş bölgəsində meydana çıxan xəstəliklər səbəbindən də ola bilir.

Ümumi əlamətlər və təbii yollarla ağrının azaldılması  

Bas ağrısı istənilən adamı istənilən yerdə yaxalaya bilər. Hesablamalar hər il başağrıları səbəbindən iqtisadiyyata dəyən zərərin milyardlarla dollar olduğunu göstərir. Mütəxəssislər xroniki baş ağrılarından depressiyaya deçən damların sayının günü-gündən artdığını söyləyirlər.

Baş ağrılarının beynin hiss eləməsi mümkün deyil. Ağrılar faktiki olaraq başın əzələ və sinirlərində əmələ gəlir. Ən çox boyun, alın, təpə və üz hissəsində ağrılar meyana çıxır. Hər bir ağrınını baş verdiyi bölgəyə uyğun isə xəstəlikilər müxtəlif olur.
Boyundan başlayaraq yüksələn baş ağrıları osteoxondroz, boyun fəqərəsinin yırtığı səbəbindən meydana çıxır. İltihabi və allergiya səbəbindən meydana çıxan baş ağılarının mərkəzi hissəsi qaşlar və burunətrafı bölgədən başlayır. Alın hissədən başlayan baş ağrılarının səbəbi beyində baş verən iltihabi xəstəliklər ola bilir. Bu zaman qızdırma da müşahidə edilir. Üzdə və dişlərin kök hisssələrndə meydana çıxan ağrılar sinir xəstəlikləri zamanı meydana çıxır. Miqren ağrıları başlamazdan əvvəl orqanizmdə bir-neçə əlamətlər meydana çıxır. Bu əlamətlər miqrenönü əlamətlərdir. Bu əlamətlər ağrıdan 3 saat və ya bir gün əvvəl meydana çıxa bilir. Əlamətlər aşağıdakılardır:
  • * boyunda qəfil başlanan gərginlik
  • * qidalanmaya meyillik
  • * qəbizlik
  • * əsəbilik
  • * qəfil meydana çıxan yorğunluq
  • * daktil və nitq pozğunluqları
Miqren ağrıları aşağıdakı kimi olur:  
  • * ağrı güclü və başın hər iki tərəfində olur
  • * xəstə səsə və ya işığa pis reaksiya verir
  • * yüngül baş hərlənmə və ya huşun itməsi ola bilir
  • * görmənin zəifləməsi baş verir
  • * ürəkbulanma və qusma meydana şıxır
Miqrenin müalicəsi zamanı arzu edilən effekti almaq mümkün olmur. Bəzi bitki dəmləmələri, manual terapiya, akupunktura, limfodrenaj terapiyası xəstəliyin əlamətlərini müvəqqəti aradan qaldıra bilir. Aşağıdakı vasitə ilə miqrenin əlamətlərini aradan qaldırmaq mümkün olur.
Təzə rozmarindən çay dəmlənir və udum-udum içilir. Bu zaman bir miqdar təzə rozmarinin üstün qaynar su tökülür və 30 dəqiqə dəmlənir. Rozmarin dəmləməsində isladılmış dəsmalı alın nahiyyə qoymaqla da ağrını aradan qaldırmaq mümkün olur.
Hər bir halda uzun müddət əziyyət verən baş ağrılarından xilas olmaq üçün mütləq həkimin qəbulunda olmaq ağrıların hansı səbəblərdən meydana çıxdığını araşdırmaq və müalicə almaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Baş ağrılarının növləri" haqqında müzakirə