Aybaşı gecikməsi problemlərinin ev şəraitində təbii yollarla həll edilməsi

  • Müəllif: elnare
  • Tarix: 1 mart 2019
  • Baxış sayı: 153 023
  • 0 rəy

Bir çox səbəblər üzündən qadınlarda aybaşı gecikməsi baş verə bilir. Stress faktorları, yuxusuzluq, keyfiyyətli qidalanmamaq, polikistoz xəstəliyi, tiroid vəzi xəstəlikləri, piylənmə, qadın bədəninə uyğun olmayan idman hərəkətləri ilə həddindən çox məşğul olmaq aybaşı gecikmələrinə səbəb olur. Vaxtlı-vaxtında aybaşı olmaq isə qadının cinsi orqanlarının və hormonal sisteminin sağlam olmasının göstəricisi sayılır. Aşağıdakı təbii vasitələrlə aybaşı qanının zamanında axmasını normallaşdıraraq, aybaşı siklini qaydaya salmaq mümkündür.
Cəfəri
Cəfərinin tərkibində olan apiol və myristicinden adlı uçucu yağlar, toplanmış aybaşı qanını axmasına səbəb olur. Bu yağlar uşaqlıq və yumurtalıqları qıcıqlandırır. Hətta cəfəri suyu içmək uşaqsalmaya da səbəb ola bilir. Bu xüsusiyyətinə görə hamilə qadınlara çox cəfəri suyu içmək məsləhət görülmür. Aybaşının baş verməsi üçün isə 5 stəkan təzə qaynadılmış suya bir dəstə cəfəri salıb yarım saat saxladıqdan sonra süzüb gün boyu içmək məsləhət görülür.
Soğan
Aybaşı siklinin normallaşdıran təbii vasitələrdən biri də soğandır. Soğan aybaşını qaydasına salan ən yaxşı təbii vasitədir. Bunun üçün marketdən alınmış təmiz xlorsuz yarım litr suya bir ədəd qabığı soyularaq 4 hissəyə bölünmüş soğan atılaraq 10 dəqiqə qaynadılır. Sonra soğan suyu süzülərək soyumağa qoyulur. Bu qarışım səhər və axşam olmaqla gündə 2 dəfə ilıq halda içilir. Bu qarışım aybaşını normallaşdırmaq və yumurtalıq kistalarını əritmək qabiliyyətinə malikdir. Müalicə müddəti 15 gündür. Müalicə davamlı olaraq aparılmalıdır. Soğan suyu ilə müalicənin faydası özünü 1 həftə bitdiyi zaman göstərir.
Adaçayı
Adaçayı da aybaşı normallaşdıran bitkilərdən hesab olunur. Bunun üçün quru halda olan bir çimdik qatırquyruğu, bir çimdik adi boymədəran və bir çimdik çobanyastığı çiçəyi 2 stəkan qaynayan suya tökülüb 5 dəqiqə qaynadılır. Bu dəmləmə içərisinə dadlandırıcı əlavə etmədən 3-4 gün ərzində səhər və axşam içilir. Bu qarışımı içməzdən 1 həftə əvvəldən adaçayı dəmləməsi içməyə başlasanız müalicənin effekti daha yaxşı olar. Bu zaman aybaşı qanaxması daha tez başlayır.
Kəklikotu
Kəklikotu aybaşını normallaşdırır, aybaşı gecikməsi öncəsi kəklikotu dəmləməsi içmək çox faydalıdır. Bunun üçün 1 stəkan qaynar suya 1 xörək qaşığı kəklikotu salınır və 5 dəqiqə sonra içilir. Qarışım səhər və axşam qəbul edilməlidir.
Sarıkök
Sarıkök orqanizmi isitmək qabiliyyətinə malik olduğu üçün o qan axınını normallaşdırır və orqanizmə ağrıkəsici təsir bağışlayır. Buna görə də 1 stəkan qaynar südə 1/4 xörək qaşığı sarıkök qatıb içmək aybaşını başladaraq, aybaşı ağrılarını aradan qaldırır. Bu zaman südə az miqdarda bal qatmaq müalicənin daha da keyfiyyətli olmasına səbəb olur.
Keşniş toxumu
2 stəkan suya 1 xörək qaşığı kişniş toxumu atıb orta dərcədə qaynamağa qoyun. Suyun yarısı buxarlandığı zaman suyunu süzüb toxumları sürtkəcdən keçirin. Bu qarışımı 1-2 ay boyunca gündə 3 dəfə içsəniz aybaşı problemləriniz aradan qalxacaq.
Aloe
Aloe aybaşı hormonlarının ifrazını artırmaqla aybaşı qanının axmasına səbəb olur. Bunun üçün 1 aloe yarpağının içərisindəki jele çıxarılır və özü miqdarda balla qarışdırılaraq qəbul edilir. Bu müalicə ən azı 3 ay boyu davam etməlidir.
Razyana toxumu
Razyana toxumu aybaşının normallaşmasına səbəb olur. Toxumların tərkibindəki emmenagogue adlı maddə aybaşını normallaşdırmaqla yanaşı həmin dövrdə meydana çıxan ağrıların da aradan qalxmasına səbəb olur. Bu maddə spazm əleyhinə təsirə malikdir. Bunun üçün 1 stəkan suya 2 xörək qaşığı razyana toxumu atıb bir gecə gözləmək, səhərisi gün isə həmin suyu içmək lazımdır. Bu müalicə aybaşı sikli normallaşana qədər davam etməlidir.
Nar
Nar suyu toplanıb qalmış aybaşı qanının axmasına səbəb olur. Aybaşı gecikmələrindən əziyyət çəkənlərə aybaşı vaxtından 10-15 gün əvvəl gündə 3 dəfə nar suyu içmək məsləhət görülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aybaşı gecikməsi problemlərinin ev şəraitində təbii yollarla həll edilməsi" haqqında müzakirə