Cinsi Gücü artıran qidalar

  • Müəllif: Dr.Nicat
  • Tarix: 9 aprel 2017
  • Baxış sayı: 23 896
  • 0 rəy
  Şokolad
Qara şokolad dopamin səviyyəsini yüksəldir. Bu maddənin ifrazı zövq və həzz hisslərini artırır.
Qəhvə
Qəhvənin tərkibindəki kafein ürək döyüntüsünü artırır və qan dövranını sürətləndirir. Qədərində içildikdə insanın ehtiraslanmasını təmin edir.
Bal 
Balın tərkibində zəngin bor maddəsi var. Bor estrogen və testosteron səviyyələrini yüksəldir.
Keçibuynuzu
Az sayda və zəif olan spermalara güclü təsiredici vasitədir. Keçibuynuzu spermanın sayını artırır, onların hərəkətlilik sürətini yüksəldir və gücləndirir.
Çiyələk
Çiyələk E vitamini ilə zəngindir. E vitamini spermanın miqdarının artırılmasında vacib sayılan vitaminlərdəndir. Bu səbəbdən çiyələk sperma sayını artıran və onların hərəkətliliyini bərpa edən qidalardan hesab edilir.
Balıq qulağı
Afrodizyak təsirli qidalardan olan balıq qulağının tərkibində sink yüksəkdir. Tərkibində olan bəzi amin turşuları cinsiyyət hormonlarının istehsalını artırır.
Banan
Bu meyvə afrodizyak kimi məşhurdur. Tərkibində bromelain adlı ferment var. Bu ferment testosteron istehsalını artırır.
Zəncəfil
Elm dünyası zəncəfilin faydalarına heyran qalıb. O orqanizmi isidir, kişilərdə ereksiyanın əmələ gəlməsini sürətləndirir və sperma sayını artırır.
Əncir 
Əncirin tərkibində olan yüksək miqdarda antioksidantlar və kalium cinsi istəyi artırmaq üçün faydalıdır.
Acı bibər
Bu tərəvəz həm afrodizyak kimi tanınır, həm də eşq simvolu kimi. Eyni zamanda, ürəyin döyünmə sürətini artırır və tərlədir. Bunların hamısı insanı cinsi xəbərdaredici reaksiyalar verməsinə səbəb olur.
Qarpız
Likopen anbarı olan qarpızın bədən üzərində "Viagra" kimi təsiri var.
Çuğundur yarpağı
Tərkibində olan mineral və antioksidantlar ətrafdakı çirkli maddələrin libidoya mənfi təsirə mane olur.
Zeytun yağı
Bu yağlar hormon istehsalını dəstəkləyir. Ümumi olaraq sağlamlığa yaxşı təsir edən qidalar cinsi həyat üzərində də müsbət təsirlərə malikdir.
Avokado
Bu meyvə afrodizyak kimi məşhurdur. Bu meyvənin tərkibində bol miqdarda E vitamini var. Bu isə romantik duyğular və güclü hisslər yaradır
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Cinsi Gücü artıran qidalar" haqqında müzakirə