Sağlam ayaqlara sahib olmaq istəyirsinizsə, aşağıdakı 7 qaydaya əməl edin.

  • Müəllif: elnare
  • Tarix: 6 iyun 2017
  • Baxış sayı: 7 461
  • 0 rəy


  1. 1. Təbii dəridən tikilən ayaqqabı geyinin və ayaqlarınızın tərləməsinə yol verməyin. Ayaqlar nə qədər nəm olmazsa, bir o qədər də göbələk xəstəliyinə tutulmaz.
  2. 2. Eyni ayaqqabını davamlı olaraq bir-neçə gün geyinməyin.
  3. 3. Duş qəbulundan sonra ayaqlarınızı yaxşı qurulayın.
  4. 4. Dırnaqlarınızın dibində yığılanları xüsusi çöplərin köməyi ilə çıxarın.
  5. 5. Dırnağınızın dibi qızarıbsa, o zaman ayaqlarınızı isti suda vanna edərək 1 litr suya 1 xörək qaşığı duz tökün. Sonra ayaq dırnağınızın altına diş sapı salın və dırnağızı yüngül qaldırın. Həmin nahiyyəni antiseptik maddə ilə silin və ipi çıxarın. Sonra həmin nahiyəyə antiseptik maddədə isladılmış tənzif qoyub bağlayın. Qızartı azalmayıb artdıqda isə mütləq həkimə müraciət edin.
  6. 6. Dabanlarınızda qalınlaşmalar varsa, o zaman ayaqlarınızı 15-20 dəqiqə vanna edin. Bu zaman vannanın suyuna müxtəlif bitkilər və ya efir yağları əlavə edə bilərsiniz. Vannadan sonra dabanlarınızı, daban təmizləyən xüsusi əşya ilə təmizləyin. Sonra ayaqlarınıza yumşaldıcı krem sürtün.
  7. 7. Vaxtınız olanda ayaqlarınızı massaj edin. Massajı əllə edə bilməsəniz, o zaman ayaq massajı etmək üçün xüsusi toplardan alın və ayağınızın altına qoyaraq massaj edin.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Sağlam ayaqlara sahib olmaq istəyirsinizsə, aşağıdakı 7 qaydaya əməl edin." haqqında müzakirə