Dabanlarda olan çatlardan necə xilas olmalı

  • Müəllif: redaktr
  • Tarix: 21 yanvar 2017
  • Baxış sayı: 11 752
  • 0 rəy

Dabanlarda olan çatlardan necə xilas olmalı
Dabanlarda olan çatlar həm sağlamlıq,həm də estetik baxımdan arzuedilən deyil.Bəzən isə çatlar daha da dərinlşərək dözülməz ağrılara səbəb olur və insanın yerişini dəyişdirir.Adətən dabanda çatlar ən çox ayaq üstündə çox duran və çox gəzən adamlarda baş verir.Syuq havalar və standartlara uyğun olmayan ayaqqabılar da bəzən dabanlarda çatların əmələ gəlməsinə səbəb olur.
Dabanlarınızda çatlar varsa və bunlardan ve şəraitində qurtarmaq istəyirsinizsə aşağıdakılara əməl etməniz kifayətdir.
1 Vannada isti su ilə ayaqlarınızı yumşaldın.İri paltar sabununu ayağınızla birlikdə suya salın və yumşalmasını özləyin.Su ilıq olduqda və sabun yumşaldıqda ayağınızı qurulayın və sabunu daban hissənizə qoyub bağlayın.20 dəqiqə sonra sabunu götürüb dnanınızı yuyun və süngərlə yonun.Yonmanı dabanınızın dərisi nazikləşənə qədər davam etdirin.Ölmüş toxumanın tamamilə təmizlənməsinə əmin olduqdan sonra ayaqlarınızı yenidən yuyub qurulayın.Əgər şəkərli diabet xəstəliyiniz və ayaqlarınızda göbələk varsa bu zaman mütləq həkiminizl məsləhətləşin.
2 Çatlardan xilas olmağın bir yolu da dabanın çat olan hissəsinə tam yetişmiş, əzilmiş banan və ya limon suyu qarışdırılmış ananas əzməsi qoyub bağlamaq lazımdır.Bir müddət sonra isə sarğı açılır,ayaqlqr yuyulur və həmin hissəyə nəmləndirici sürtülür.
3 Dabanlarınızın çat olan hissəsinə yatmazdan əvvəl vazilen yağı sürtün və üzrinə selofan qoyub bağlayın.Bu proseduru etməzdən əvvəi isə ayaqlarınızı sabunlu isti suda vanna edin.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Dabanlarda olan çatlardan necə xilas olmalı" haqqında müzakirə