Saçlarınızın sürətlə uzanmasını və görmə qabiliyyətinizin yaxşılaşmasını istəyirsnizsə, o zaman mütləq aşağıdakılara əməl edin.

  • Müəllif: elnare
  • Tarix: 25 may 2017
  • Baxış sayı: 6 355
  • 0 rəy

Saçlarınızın sürətlə uzanmasını və görmə qabiliyyətinizin yaxşılaşmasını istəyirsnizsə, o zaman mütləq aşağıdakılara əməl edin.

Saçların tökülməsi son illərin ən aktulal problemlərindən biridir. Bunun səbəbi ekologiyanın, qəbul edilən qidaların pis olması ilə əlaqələndirirlərsə də, bəzi mütəxəssislər saçların tökülməsində orqanizmin müxtəlif xəstəliklərinin də rolu olduğu qeyd edilir. Saçların tökülməsində orqanizmində dəmir, biotin, müxtəlif vitamin və mineral çatışmazlıının da rolu vardır. Saçların tökülməsinə hormonal çatışmzlığının və şüa terapiyasının da rolu vardır.

Mütəxəssislər saçaların tökülməsinin və görmənin zəifləməsini bəzi təbii vasitələrlə aradan qaldırmağın yollarını təqdim edirlər. Bu vasitələr saçların tökülməsinin qarşısını almaqla yanaşı onların sürətlə uzanmasına səbəb olur. Aşağıda yazılanları diqqətlə oxuyun və bu xalq təbabəti vasitəsi həm görmənizi yaxşılaşdıra, həm də saçlarınızın uzanmasına səbəb olur.

Lazım olanlar:

  • * kətan toxumu yağı – 200 qram
  • * limon – 4 ədəd
  • * bal – 1 litr
  • * sarımsaq – 3 diş
  1. 1. Sarımsaqlar təmizlənir, limonla birlikdə blenderdə üiüdülür.
  2. 2. Qarışıma kətan toxumu yağı əlavə edilir, bal qatılıb qarışdırılır.
  3. 3. Qarışım şüşə bankaya tökülür, ağzı kip bağlanır və soyuducuya qoyulur.
  4. 4. Hər gün yeməkdən qabaq 1 xörək qaşığı qəbul edilir. Gün ərzində 3 qaşıq qəbul edilir.
  5. 5. Qarışımdam istifadə edərkən taxta qaşıqdan istifadə etmək lazımdır.
Qarışımın orqanizmə təsiri aşağıdakılardır:

Kətan toxumu

Kətan toxumu yağı tərkibində Omeqa3 çox olan yağlardan biridir. Bu yağ tük follikullarını qidalandırır və saçların uzanmasına səbəb olur. Kətan yağı saç dərisində olan iltihabi prosesləri aradan qaldırır, tük diblərində olan problemlərin aradan qalxmasına yardım dir. Kətan yağının tərkibində linolen turşusu var. İnsan orqanizmində isə linolen turşusunun çatışmazlığı piylənməyə, saçların tökülməsinə, qanda xolestrinin artmasına səbəb olur. Linolenin çatışmazlığı görmənin də zəifləməsinə səbəb olan amillərdən biri sayılır.

Sarımsaq

Sarımsaq saçların tökülməsinin qarşısını alan bilən təbii vasitələrdən biri hesab edilir. Sarımsağı saçların dibinə yerli olaraq tətbiq eləmək saçların uzanmasına və yeni tüklərin çıxmasına səbəb olur. Baş dərisinə sarımsaq sürtməklə keçəlləşmənin də qarşısını almaq mümkündür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Saçlarınızın sürətlə uzanmasını və görmə qabiliyyətinizin yaxşılaşmasını istəyirsnizsə, o zaman mütləq aşağıdakılara əməl edin." haqqında müzakirə