Qadınlarda saç tökülməsinin 5 səbəbi
Bir saçın ömrü 2-3 ildir və hər bir tük ayda 1 sm böyüyür. Saçların normadan çox tökülməsi hamı üçün problem hesab edilir. Qadınlarda saç tökülməsinin bir çox səbəbi var. Saçlar normadan artıq tökülürsə, ona xüsusi qulluq etmək lazımdır.
Qadınlarda saçların tökülməsi bəzi səbəblərdən baş verir:
* aybaşı pozğunluqlarından
* testosteronun yüksək olmasından
* hamiləlik əleyhinə dərmanlar qəbul etdikdə
* hamiləlikdə və doğumdan sonra
* stress zamanı.
1-ci səbəb hormonal pozğunluqlardır. Hormonal pozğunluqlar saç tökülmənin əsas səbəbidir. Hormonların az və ya çox olması saçların tökülməsinə səbəb olur. Patologiya aradan qalxsa, yəni hormonların qanda miqdarı normallaşarsa, saç tökülmənin qarşısı alınar.
2-ci səbəb diffuz tip saç tökülməsidir. Bu cür saç tökülməsinin səbəbi stresslərdir. Bu zaman şaç tükü qəfil və qısa bir zamanda tökülür.
3-cü səbəb immunitetin az olması ilə əlaqədar olan saç tökülməsidir. Bu zaman başın tükü hissəvi tökülür. Tökülmə müxtəlif xəstəliklər səbəbli də ola bilir. Bu cür saç tökülməsi zamanı yeni tüklərin əmələ gəlməsi uzun müddətə başa gəlir.
4-cü səbəb müxtəlif dərmanların qəbulundan və ya porosedurlardan sonra meydana çıxan saç tökülməsidir.
5-ci səbəb ata və anasından birində keçəllik olduğuna görə qızında da əmələ gələn saç tökülməsidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qadınlarda saç tökülməsinin 5 səbəbi" haqqında müzakirə