İnsanlarda xərçəng xəstəliyinin olmasını bildirən əlamətlər
Mütəxəssislər 50 yaşdan yuxarı bütün qadınların ildə bir dəfə mammoqrafiyadan keçmələrini məsləhət bilirlər. Buna səbəb isə 50 yaşdan yuxarı qadınların döş xərçənginə yaxalanma riskinin yüksək olmasıdır. Bəzi əlamətlər vardır ki, onlar orqanizmdə ciddi problemlərin ola biləcəyinin gösəricisidir.
Bu əlamətlər aşağıdakılar aiddir:
- 1. Xroniki öskürək, döş qəfəsində ağrıların olması, küylü nəfəsvermə, təngnəfəslik ağır ağciyər və ya ürək xəstəliyinin əlaməti ola bilir. Diqqətli olmaq lazımdır.
- 2. Döşün formasının dəyişilməsi hiss edildiyi zaman qadınların mütləq həkimə müraciət etmələri lazımdır. Bu döş xərçənginin əlaməti ola bilər. Döş giləsinin içəriyə doğru çəkilməsi, döş dərisinin keyfiyyətinin korlanması dös xərçəng xəstəliyinin əlaməti sayılır.
- 3. Udma zamanı ağrının hiss edilməsi, udma aktının pozulması boğaz nahiyədə yerləşən limfa düyünlərinin iltihabi və ya şiş xəstəlikləri zaman meydana çıxa bilir.
- 4. Qarının köpməsi, qarının dib hissəsində ağrılar, bağırsaqdan qanaxması, nəcisdə və sidikdə qanın olması yumurtalıqqların şiş xəsstəlikləri zamanı ola bilir.
- 5. Əgər gün şüaüası qəbul etmədən dərinizin rəngində dəyişiklik hiss edərsinizsə o zaman mütləq həkimə müracit edin.
- 6. Müalicəyə və pəhrizə tabe olmayan qıcqırma mədənin və ya yumurtalıqqların şiş xəstəlikləri zamanı meydana çıxa bilir.
- 7. Xroniki yorğunluq və zəiflik ən pis xəstəliklrin əlamətlərindən biri sayılır. Mütləq həkimə müraciət etmək lazımdır.
- 8. Əgər çox siqaret çəkirsinizsə və ağız boşluğunuzda yaralar əmələ gəlibsə o zaman mütləq həkimə müraciət etmək lazımdır.
- 9. Daima kürək nahiyədə ağrıların baş verməsi sümük, qara ciyər, beyin şişləri zamanı meydana çıxa bilir.
- 10. Dırnaqlarda qara ləkələrin əmələ gəlməsi orqanizmdə ağır xəstəlik olmasının əlaməti sayılır.
- 11. Səbəsiz yerə yüksək tempraturun, halsızlığın olması, dərinin rənginin avazıması qan xəstəliklərinin əlaməti sayılır.
- 12. Cinsiyyət orqanlarından axıntının gəlməsi zöhrəvi və infeksion xəstəliklərin əlaməti sayılır.
- 13. Səbəbsiz arıqlama, gözlərin sklerasının avazıması, halsızlıq, yorğunluq xərçəng xəstəliyinin əlamətləri sayılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"İnsanlarda xərçəng xəstəliyinin olmasını bildirən əlamətlər" haqqında müzakirə