Sizin üçün təhlükəli olan və sizin bilməyib əməl elədiyiniz 7 vərdiş

  • Müəllif: elnare
  • Tarix: 19 may 2017
  • Baxış sayı: 3 247
  • 0 rəy

Sizin üçün təhlükəli olan və sizin bilməyib əməl elədiyiniz 7 vərdiş

1. Vitaminlərin qəbulu

Multivitaminlərin və bioloji aktiv maddələrin qəbul edilməsi orqanizmin xəstəliklərə yaxalanma riskini azaltmır. Bu dərmanlar insanın yaddaşını və əmək qabiliyyətini yüksəltmir. Bu nəticəyə Amerikada 450 000 adam üzərində aparılan araşdırmalardan sonra gəliblər. Araşdırmalar hətta vitaminlərin qəbulunun orqanizm üçün zərərli ola biləcəyini qeyd edirlər.

2. Tərkibində spirt olmayan antibakterial gel

Antibakterial gellər əllərdə olan müxtəlif növ bakteriya və virusların məhvinə səbəb olur. Amma, tərkibində 60%-dən az spirt olan gellər effektli hesab edilmir. Onıar əlləri təmizləmir, sadəcə olaraq qoxunu aradan qaldırır.

3. Duzun miqdarını azaltmaq  

Mütəxəssislər gün ərzində qəbul edilən duzun miqdarının azalmasının orqanizm üçün zərərli olmağını söyləyirlər. Bəzi mənbələr çox duz qəbul etməyin orqanizm üçün zərərli olduğunu deyirlər, amma, gün ərzində 3 qramdan aşağı miqdarda duz qəbulu müxtəlif patologiyaların əmələ gəlməsinə səbəb olur.

4. Orqanizmin detoks edilməsi

Detoks dieti vasitəsilə çoxları orqanizmdən toksinlərin xilas olmağına çalışır. Mütəxəssislər isə orqanzmin özü-özünü təmizləmək qabiliyyətinin olduğunu söyləyirlər. Əgər orqanizmin böyrəkləri və qaraciyəri sağlamdırsa, o zaman detoks çayına heç bir ehtiyac yoxdur.

5. Təbii meyvələr

Xarici ölkələrdən gətirilən və üstünə “ bio” yazılan meyvələrin bioloji təmiz olmasına inanmayın və belə meyvələri qəbul etməkdən çəkinin.

6. Ultradalğalı soba

Ultradalğalı sobada yemək isitmək qidanın tərkibinin korlanmasına sbəb olur. Yeməyinizi isidərkən qaz və ya işıq piltəsindən istifadə edin.

7. Yağlı qidalar

Mütəxəssislər yağdan tamamilə imtina etməyin orqanizm üçün təhlükəli olduğunu söyləyirlər. Yağlar, karbohidratlar orqanizm üçün əvəzolunmazdır. Amma, pəhriz saxlamaq adı altında tərkibində yağın miqdarı çox olan meyvələrdən istifadə eləmək çox zərərlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sizin üçün təhlükəli olan və sizin bilməyib əməl elədiyiniz 7 vərdiş" haqqında müzakirə