Diet saxlamaq istəyənlərə 10 detoks çayı

  • Müəllif: elnare
  • Tarix: 10 yanvar 2017
  • Baxış sayı: 4 232
  • 0 rəy

Diet saxlamaq istəyənlərə 10 detoks çayı.
1. Xiyar, limon və nanə detoksu.
1 ədəd xiyar, 1 ədəd limon halqa şəklində doğranır, 10 ədəd nanə yarpağı əlavə edilir və üzərinə 300 ml su tökülüb soyuducuda 1-2 gecə saxlanılır. Səhəri gün hər fürsətdə içilir.
2. Moruq, yaşıl alma və xiyar detoksu.
2 litr suya 100 qram moruq, 1 ədəd alma, 1 ədəd xiyar və 1 ədəd limon doğranıb qatılır, 3 saat saxladıqdan sonra hər fürsətdə içilir.
3. Avokado, xiyar, ispanaq və nanə detoksu.
1 ədəd avokado, 1 ədəd xiyar, 4 yarpaq ispanaq və 5 yarpaq nanə 2 litr suya qatılır. Zövqə görə suya qoz və zeytun yağı əlavə edə bilərsiniz. Qarışım 3 saat saxlanıldıqdan sonra istənilən zaman içilir.
4. Qreyfurt və limon detoksu.
Meyvələrin hərəsindən bir ədəd dilimlənir, 2 litr suya qatılır və 3 saat saxladıqdan sonra içilir.
5. Nar, ananas, limon və zəncəfil detoksu.
Yarım limonun suyu 1 ədəd nar şirəsi, 1 stəkan ananas şirəsi, 1 çay qaşığı zəncəfil qarışdırılır və 2 saat saxlandıqdan sonra içilir.
6. İspanaq, nanə, limon, xiyar və cəfəri detoksu.
5 yarpaq nanə, 1 dəstə ispanaq, 1 ədəd xiyar, yarım limon, 1 dəstə cəfəri blenderdə üyüdülür və 1 litr suya qatılıb içilir.
7. Portağal, alma, armud və yerkökü detoksu.
Meyvələrin hərəsindən bir ədəd blenderdə üyüdülür və tez içilir. Bu şirəni saxladıqda tərkibi dəyişir.
8. Nar və alma detoksu.
Meyvələrin hərəsindən bir ədəd götürülüb blenderdə üyüdün və qısa bir zamanda için, çünki saxladıqda şirənin tərkibi dəyişilir.
9. Limon, nar, nanə detoksu.
1 ədəd limon və 3 ədəd narın suyu çıxarılır və 5 ədəd nanə yarpağı qatılıb soyuducuda 5 saat saxladıqdan sonra içilir.
10. Limon detoksu.
2 litr suya 2-3 limon doğranır və 2 saat saxladıqdan sonra istənilən zaman içilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Diet saxlamaq istəyənlərə 10 detoks çayı" haqqında müzakirə