Hamiləliyin 25-ci həfəsində nələr olur?

  • Müəllif: elnare
  • Tarix: 18 may 2017
  • Baxış sayı: 9 154
  • 0 rəy

 

Hamiləliyin 25-ci həfəsində nələr olur?

Hamiləliyin 25-ci həftəsində uşağın çəkisi 700 qrama, boyunun uzunluğu isə 32 santimetrə çatmış olur. Hamiləliyin 25-ci həftəsində uşağın başının diameri 62,3 mm, döş dövrəsinin çevrəsi 63,1- 64,2 mm olur. Bu dövrdə uşağın dərisinin altında yumşaq piy təbəqəsi əmələ gəlməyə başlayır, uşağın bədəni yuvarlaq şəkil alır. Hamiləliyin 25-ci həftəsində ana bətnində uşağın üzü formalaşmağa başlayır. Onun xırda və yumuşaq qulaqları çıxır. Bu dövrdə uşağın qaraciyəri və öd kisəsi formalaşmış olur və onurğa beyni formalaşmağa başlayır. Uşağın sümükləri formalaşmağa başlayır və sümüklərində kalsium mübadiləsi gedir. Bu dövrdə sağlam uşağın sümükləri yumşaq və elastik olur, təbii birləşmələrdən ibarət olaraq inkişaf etməyə başlayır.

Hamiləliyin 25-ci həftəsində uşağın ağciyərlərində surfaktant toplanmağa başlayır. Bu ağciyərlədəki alveolların uşaq nəfəs almağa başlayarkən açılmasına səbəb olur. Yarımçıq doğulmuş uşaqlarda bu proses başa çatmadığına görə onlar dünyaya gəldikdən sonra ağciyərlərin süni surətdə işləməsi təmin edilir.
Hamiləliyin 25-ci həftəsində uşağın ürək döyüntüsü dəqiqədə 150 dəfə vurur. Bu dövr uşağın bütün orqanlarının formalaşdığı və uşağın güc toplamağa başladığı dövrdür.
Hamiləliyin 25-ci həftəsində ananın qarnı hər həftədə 1 sm böyüyür və ananın çəkisi artır. Bu dövrdə ananın vena damarlarında genişlənmələr əmələ gələ bilir. Mütəxəssislər damarlarında genəlmələr müşahidə edilən anaların xüsusi corab geymələrini tövsiyə edir. Bu əlamətin hiss olunduğu gündən anaların ayaqlarına qulluq etməlidirlər. Yəni, istirahət etməli, oturarkən ayaqlarını düz uzatmalı, yatarkən isə ayaqlarının altına yastıq qoymalıdırlar. Hamiləliyin bu dövründə analarda babasil əmələ gələ bilir. Bunun səbəbi isə vena damarlarının genişlənməsidir. Mütəxəssislər babasilin əmələ gəlməməsi üçün analara defekasiya aktının normal olmasını nəzarət altında saxlamağı məsləhət bilir. Səhərlər ilıq su içmək, qara gavalı yemək, qida rasionundan sulu yeməkləri əskik etməmək, çuğundur yemək bağırsaqların yumşalmasına səbəb olur.
Bu dövrdə uşağın tərpənmələri qarında gözlə görünə bilir.
Hamiləliyin 25-ci həftəsində uşaqlıq yolundan ağ rəngli axıntı gələ bilir. Mütəxəssislət analara təbii alt paltarlarından istifadə etməyi məsləhət bilirlər.
Bu dövrdə analar bol vitaminlər və mikroelementlərlə zəngin qidalarla qidalanmalıdırlar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hamiləliyin 25-ci həfəsində nələr olur?" haqqında müzakirə