Aşağıdakı əlamətlər sizdə varsa, o zaman dərhal həkimə müraciət edin!
İnsan orqanizmi çalışan canlı mexanizmdir. Orqanim özü daxilində baş verən milyonlarla prosesə eyni zamanda nəzarət edir. Bu proseslər arasında təyin olunmuş balanslaşma olur və bu balanslaşma bir-biri ilə əlaqəli ola və olamaya bilir.
Orqanizmdə baş verən balanslaşmada pozulmalar meydana çıxdıqda bu özünü müxtəlif əlamətlərlə biruzə verir. Bu əlamətlər bir siqnal sayılır və mütəxəssislər insanları bu siqnallara qarşı diqqətli olmağa çağırır. Məsələ burasındadır ki, biz hamımız bu siqnallarla tez-tez rastlaşırıq, amma, onların bizdə nə kimi problemlər əmələ gətirdiyini düşünmürük. Aşağıdakı 10 siqnalın olduğu zaman mütləq həkimə müraciət etmək lazımdır.
1 Diş əti qanaxmaları
C vitamini çatışmazlığının əlamətidir. Çoxlu miqdarda sarımsaq, meyvə və tərəvəz yesəniz bu əlaməti aradan qaldıra bilərsiniz.
2 Quru dəri və quru dırnaqlar
A və C vitaminlərinin çatışmazlığını bilirdirir. Çoxlu miqdarda balqabaq, ərik, yerkökü, portağal və tərəvəz yemək lazımdır.
3 Saçların və dırnaqların qırılması
Bu orqanizmdə D vitamini, kalsium və sinkin çatışmazlığının göstəricisi sayılır. Çoxlu miqdar buğda və buğda məhsulları, kartof, lobya yemək, bol süd içmək lazımdır.
4 Quru və bürüşük dəri
E vitamininin çatışmazlığını bildirir. Çoxlu miqdarda qoz, balıq, balıq yağı qəbul eləməli və bitki yağlarından istifadə etməlisiniz.
5 Əsəbilik, ayaqlarda qıcolmalar və yuxu pozğunluqları
Bu əlamətlər orqanimdə maqnium və kalium çatışmaazlığı zamanı meydana çıxır.
Çoxlu miqdarda qoz, badam, günəbaxan tumu, kələm, ispanaq, çuğundur, ərik, gavalı və kətan toxumu yemək lazımdır.
6 Xama, qatıq və ya turşu yemək həvəsi
Ağartı məhsullarına və turşuya olan meyillik orqanizmin öd kisəsi və qara ciyərdə durşunluq olmasının və fəaliyyətinin zəiflədiyinin göstəricisidir. Çoxlu miqdarda qırmızı yemişan və limon yeyin.
7 Dəniz məhsullarına meylin çox olması
Dəniz məhsullarına meyilliyin olması sizdə yodun çatışmazlığının göstəricisidir.
8 Çiy qidalara meyillik
Bu ən çox mədə və qara ciyər xəstələrində olur. Bu xəstəliklər zamanı xəstələr çiy qida yedikdə onların mədələri sakitləşir.
9 Şirniyyata meyillik
Bu orqanzimin enerjiyə ehtiyacı olduğu zamanlarda meydana çıxır. Beyinin qlükozaya oaln ehtiyacı insanı şirniyyat yeməyə meyilli edir. Bu çatışmazlığı aradan qaldırmaq üçün bal və ya tünd şokolad yemək lazımdır.
10 Duzlu qidaya meyillik
Orqanizmdə iltihabi proseslərin olması xəstənin duzlu qidalara olan həvəsini artırır. Bu ən çox özünü sidik-ifrası sisteminin infeksiya xəstəliyi zamanı biruzə verir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Aşağıdakı əlamətlər sizdə varsa, o zaman dərhal həkimə müraciət edin!" haqqında müzakirə