Sassi suyu nədir və necə hazırlanır?

  • Müəllif: elnare
  • Tarix: 9 may 2017
  • Baxış sayı: 5 258
  • 0 rəy

Sassi suyu nədir və necə hazırlanır?

Düz qarına və incə belə sahib olmağın yolları
Dietoloqların məsləhət bildikləri sassi suyu incə belə sahib olmaq istəyənlərin xəyalını gerçəyə çevirə bilir. Piylərdən xilas olmaq üçün düzgün qidalanmanın və dietanın ən vacib faktorlarından biri bul su içməıkdir. Əgər siz adi su içməyi xoşlamırsınızsa o zaman son illər Amerikadakıların içdikləri sassi suyundan itifadə edə bilərsiniz. Bu su dadlı olmaqla yanaşı orqanizmdən artıq piylərin xaric olunmasına yardım edir. Sassi suyu orqanizmin sağlam şəkildə arıqlamasına səbəb olur.
Sassi suyu necə hazırlanır?

Lazım olanlar:  

  • * xiyar – 1 ədəd
  • * su – 2 litr
  • * təzə rəndələnmiş zəncəfil – 1 çay qaşığı
  • * limon – 1 ədəd
  • * təzə nanə yarpağı – 12 ədəd

Hazırlanması:

Limon  xiyar nazik şəkildə doğranır, limon və zəncəfillə birlikdə suya salınaraq 1 gecə soyuducuda saxlanılır. Səhər su soyuducudan çıxarılır və otaq tempraturunda gələndən sonra gün boyu içilir.
Sassi suyu orqanizmə antioksidant təsir göstərir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, həzm sisteminin normallaşdırır, qaz qovucu təsir göstərir. Sassi suyu orqanizmdəki xroniki yorğunluğu aradan qaldırır.
Tərkibində yüksək keyfiyyətili və orqanizm üçün yaralı yağlar olan sasssi suyunu dietoloqla 4 saatdan bir qəbul eləməyin piylərə daha çox təsir etdiyini qeyd edirlər. Sassi suyu ilə diyet saxlamağın məqsədi orqanizmdəki artıq suların xarıc olunmasına və artıq piylərin ərimsinə xidmət etməkdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sassi suyu nədir və necə hazırlanır?" haqqında müzakirə