Qan təzyiqi hansı yaşda necə olmalıdır? Qan təzyiqi nədir? Uşaqların qan təzyiqi.
Qan təzyiqi hansı yaşda necə olmalıdır? Qan təzyiqi nədir? Uşaqların qan təzyiqi.
İnsanların səhhətləri barədə ən çox şikayət etdikləri şey qan təzyiqinin yüksək olmasıdır. Qan təzyiqi ən çox orta yaşdan yuxarı adamlara meydana gəlir və orqanizmdə bir çox narahatçılıqlara səbəb olur. Bu patoloji əlamət insanın əhval ruhiyyəsini, sinir sistemini və uzun müddət davam etdikdə daxili orqanlıarını da sıradan çıxarır. Arterial təzyiqi olan adamların halı gündə bir-neçə dəfə dəyişilir və onlar özlərini pis hiss edirlər.
Qan təzyiqi dedikdə arterial təzyiq nəzərdə tutulur. Bu qanın arteriya damarlarında işini və hərəkət sxeminin ölçüsüdür. Qan təzyiqiqni artması isə arteriyalara birlikdə kapillyarlarda da dəyişikliklərin baş verməsinə səbəb ola bilir.
Qan təzyiqinin yüksəlməsi ilk növbədə ürək əzələsinin sıxılmasından və qanın oraya 1 dəqiqədə axınından asılı olur. Qanın oraya hansı miqdar və sürətlə axması isə birbaşa ürəyə öz təsirini göstərir.
Qan təzyiqi normal olmadıqda xəstədə pis əhval-ruhiyyə, yuxusuzluq, əmək qabiliyyətinin aşağı düşməsi müşahidə edilir.
Arterial təzyiqin nə qədər olması cinsiyyətdən, yaşdan və xəstəliklərdən asılı olaraq dəyişkən olur.Arterial təzyiqin normativləri aşağıdakı qaydada olmalıdır:
- * Sistolik arterial təzyiq – qanın vurulmasının ən yüksək həddidir.
- * Diastolik arterial təzyiq – ürək damarlarının pauzalar arası yığılmasını bildirən ən aşağı həddir.
Normal arterial təzyiq
Normal AT 120/80mm.c.süt. olmalıdır. Amma, insanlar müxtəlif olduqları kimi onların təzyiqləri də müxtəlif olur. Aşağıdakı cədvəl yaşına görə normal təzyiqin neçə olduğunu göstərir.Yaş Kişilər Qadınlar
20 123/76 116/72
20-30 126/79 120/75
30-40 129/81 127/80
40-50 135/83 137/84
50-60 142/85 144/85
70 - və yuxarı 142/80 159/85
Uşaqlarda arterial təzyiq neçə olmalıdır?
Yaş Sistolik döyüntülərin sayı Diastolik döyüntülərin sayı2 həftəyə qədər 60-96 40-50
2-4 həftə 80-112 40-74
2-12 ay 90-112 50-74
2-3 yaş 100-112 60-74
3-5 yaş 100-116 60-76
6-9 yaş 100-122 60-78
10-12 yaş 110-126 70-82
13-15 yaş 110-136 70-86
Cədvəldən göründüyü kimi insanın yaşı artdıqca onun qan təzyiqi də yüksəlir. Bu göstəricilərin fərqli olması isə insanda müxtəlif xəstəliklər səbəbindən baş verir. Bu zaman isə yeganə çıxış yolu həkimə müraciət eləmək və təzyiqin dəyişməsinə səbəb olan amili aradan qaldırmaqdan ibarətdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qan təzyiqi hansı yaşda necə olmalıdır? Qan təzyiqi nədir? Uşaqların qan təzyiqi." haqqında müzakirə