QİÇS nədir?
Bu xəstəlik orqanizmə daxiı olduqda heç bir əlamətlə təzahür etmir. Yalnız qan testində özünü biruzə verir. Xəstənin heç bir narahatçılığı olmur. Lakin bu dövrdə xəstə başqalarını yoluxdura bilir.
QİÇS necə yoluxa bilir?
1. Qanında bu virusu daşıyan biri ilə normal və ya qeyri normal şəkildə qoruyucusuz cinsi əlaqədə olduqda.
2. Hamilə və İİV virusu daşıyan ana hamiləlik vaxtı öz uşağına yoluxdura bilər.
3. QİÇS-ə yoluxmuş xəstənin qanı ilə təmasda olan zaman
(orqa nəqli zamanı, diş həkiminin alətləri vasitəsilə).
Xəstəliyin əlamətləri
Xəstəlik orqanizmə daxil olduqdan bir müddət sonra özünü biruzə verir. Qana daxil olan virus əvvəlcə qan hüceyrələrinə ziyan vurur və eritrositlərin sayını azaldır. Daha sonra isə aşağıdakı simptomlar meydana gəlir:
- İştahsızlıq
– Arıqlqma
- Hərarətin yüksəlməsi
- Bədənin bəzi yerlərində xırda yaralar
- Ağciyər xəstəlikləri
- Gecələr tərləmə
- İshal
- Öskürək
- Limfa vəzilərinin böyüməsi.
QİÇS-dən necə qorunmalı?
Bu xəstəlikdən qorunmaq üçün anti İİV testi qoyulmalıdır. Əgər ELİSA testi neqativ çıxarsa 6 aydan sonra yenidən təkrar olunmalıdır.
QİÇS-in müalicəsi
Tibbin bu qədər inkişaf etməsinə baxmayaraq xəstəliyin müalicəsi tapılmayıb. Xəstənin ömrü bir az uzansın və rahat yaşasın deyə bəzi yüngülləşdirici dərmanlar tətbiq olunur. Xəstə ömrü boyu müalicə olunur.
Nələri bilməliyik?
Xəstəlik eyni boşqabdan yemək yeyərkən, yanaqdan öpuşərkən, öskurək vasitəsilə, qucaqlaşmaqla yoluxmaz. Bu virusu daşıyanların bunları bilməsi və ətrafdakı adamları yoluxmadan qoruması daha vacibdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"QİÇS nədir?" haqqında müzakirə