Ayaqları üşüyənlər bunu mütləq oxusunlar. Ayaqlar niyə üşüyür, ayaqların soyuq olmasının səbəbləri

  • Müəllif: elnare
  • Tarix: 21 aprel 2017
  • Baxış sayı: 61 478
  • 0 rəy

Ayaqları üşüyənlər bunu mütləq oxusunlar. Ayaqlar niyə üşüyür, ayaqların soyuq olmasının səbəbləri

Orqanizmin anotomik quruluşundan asılı olaraq insanların əksəriyyti ayaqlarının üşüməsindən şikayət edir. Ayaqların üşüməsi daban hissədə piy toxumasının olmaması və əzələnin az olması ilə əlaqədarr baş verir. Bu səbəblərə görə də insanlara soyuq aylarda isti ayaqqabı geymək məsləhət bilinir. Çünki, soyuq havalarda isti ayaqqabı geymədikdə ayaqlarda istilikitirmə baş verir. Bu da ayaqların tempraturunun düşməsinə və donmalara səbəb ola bilir. Bəzi insanlar vardır ki, onların ayaqları isti havalarda da soyuq olur. Bəs bunun səbəbi nədədir?

* Vegetativ damar distoniyası  

Bu diaqnoz orta yaşlı insanların 80%-ə qoyulur. Patoloji əlamət simpatik və parasimtatik sinir sisteminin pozulması səbəbli baş verir ki, bu da damarlarda tonusun aşağı düşməsinə səbəb olur.Xəstəlik venaların tonucunun qaldırılması istiqamətində müalicə tələb edir.

* Arterial təzyiqin aşağı olması

Arterial təzyiqi aşağı olan adamların da ayaqlarında üşümələr olur. Onların topuqlarına və ayaqlarının altına toxundaqda soyuq olur. Qan dövranının yaxşılaşdırılması və təzyiqin noprmallaşması istiqaməıtində aparılan müalicələr əlaməti aradan qaldırır.

* Orqanizmin quruluşu

Arıq və döş qəfəsi uzun quruluşa malik olan adamların ayaqlar daima soyuq olur. Belə adamlar asteniklərdir. Onların ürəklərinin ölçüsü kiçik olur və bu səbəbdən də qan dövranlarında pozulmalar baş verir.

* Dəmir-defisit anemiya

Dəmir-defisit anemiya xəstəliyi hipoksiyaya səbəb olur ki, bu da ətrafların qanla yaxşı qidalanmamağına səbəb olur. Bu səbəbdən də ayaqlar oksigen aclığı yaşayır və daima üşüyür.

* Helmintozlar  

Parazitlər orqanizmə toksin ifraz edirlər. Bu da damarların tonusunun aşağı düşməsinə səbəb olur və ayaqlar üşüyür.

* Siqaret

Siqaret çkənlərin damarlarında baş verən spazmlar ayaqların üşüməsinə səbəb olur.

* Oynaqların ateresklerotik dəyişilmələri

Xolesterin məhsullarının oynaqlarda yığılması damarların normal işləməməyinə səbəb olur və ayaqlarda üşümələr baş verir.

* Onurğa xəstəlikləri

Onurğada meydana gələn müxtəlif patoloji xəstəliklər ayaqları qidalandıran sinir uclarının fəaliyyətinin zəifləməsinə səbəb olur. Bu ayaqların həmişə soyuq olmasına gətririb çıxarır.

* Bəzi dərman maddələri

Beta adrenoblakatorlar sinir uclarına təsir edən dığərmanlardır. Bu dərmanları qəbul edən zaman ayaqlarda üşümələr baş verir.

Ayaq üşüdükdə nə etmək lazımdır?  

Əgər hiss eləsəniz ki, isti havalarda da sizin ayaqlarınız soyuqdur və üşüyür o zaman mütləq həkimə müraciət edin. Həkimin dəqiq diaqnozu sayəsində siz bu əlamətin hansı səbəblərdən meydana çıxdığını öyrənəcəksiniz. Aldığınız müalicə isə sizi yaranan problemdən qurtaracaq.
Özünüz də ev şəraitində müxtəlif vasitələrlə bundan xilas ola bilərsiniz.
  • * Ayaqlarınızı və pəncələrinizi hərəkət etdirin. Kontrast duş qəbul edin. Gah soyuq, gah da isti duş sizin ayaqlarınıza qanın yaxşı işləməsini təmin edəcək.
  • * İdmanla məşğul olun. Hər gün qaçmağa vaxt ayırırn.
  • * Pis vərdişlərinizdən uzaq dururn.
  • * Düzgün və sağlam qidalanın. Qida rasionunuzda dəniz məhsullarından çox istifadə edin. Qanın artmasına faydalı olan meyvə-tərəvəzlərlə qidalanın.
  • * Çəkinizi və qida balansınızı normada saxlayın.
  • * Düzgün ayaqqabı seçin.
  • * Ayağınızı isti yay günlərinə günəş şüalarının altında saxlayın.
Oxuduqlarınızı bəyəndinizsə paylaşıb dostlarınızı da məlumatlandırın.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ayaqları üşüyənlər bunu mütləq oxusunlar. Ayaqlar niyə üşüyür, ayaqların soyuq olmasının səbəbləri" haqqında müzakirə