Qaş dərisinin sallanmasının asan yolla aradan qaldırılması

  • Müəllif: elnare
  • Tarix: 9 aprel 2017
  • Baxış sayı: 4 627
  • 0 rəy

 Qaş dərisinin sallanmasının asan yolla aradan qaldırılması

Qaşların altındakı dəri müvəqqəti və ya daimi olaraq sallana bilər. Bu proses birtərəfli və ya ikitərəfli ola bilir. Qaşların altındakı dərinin sallanmasının heç bir xəstəliklə əlaqəsi yoxdur. Bu qocalığın əlamətlərindən biridir. Bəzi yaşlı insanlarda qaşaltı dərinin sallanması elə həddə çatır ki, hətta gözün görməsinə mane olur.  Bu dərinin göz qapaqlarına qədər sallandığı zaman baş verir.

Yaşınız orta yaşdan yuxarıdırsa və qaşlarınızın alt hissəsində sallanma hiss edirsinizsə, o zaman aşağıdakı qayda ilə bu problemdən xilas ola bilərsiniz:
  • * üzünüzdəki makiyajı təmizləyn
  • * üzünüzü tam qurudun
  • * pambıq tamponu yuruta ağına batırın
  • * tamponu ehtiyatla qaşlarınızın alt hissəsinə sürtün 
  • * yumurta ağının dəridə qurumasını gözləyin
  • * quruduqdan sonra üzünüzü ilıq su lə yuyun
Təbiət insanlara eybəcərliklərlə yanaşı gözəllikləri də bəxş edib. Bu vasitədən hər gün istifadə etməklə siz dərinizdəki sallanmanın aradan qalxdığını və gözlərinizin gözəlləşdiyini bir-neçə gün ərzində şahidi olacaqsınız.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qaş dərisinin sallanmasının asan yolla aradan qaldırılması" haqqında müzakirə