Dəridəki lipomaya bənzər şişkinliklərdən necə qurtarmağın yolunu bilirdinizmi?
Dəridəki lipomaya bənzər şişkinliklərdən necə qurtarmağın yolunu bilirdinizmi?
Dəridə əmələ gələn piy toxuması (lipoma) dərialtı piy toxumasına yerləşir və estetik görüntünü pozur. Lipomaya əksər insanlarda rast gəlinir və əzələ qatı ilə dəri arasında əmələ gəlir. Bu xoşxassəli şiş xəstəliyi sayılır.
Lipoma kiçik ölçüyə malik olur və hərəkətlidir. O yumşaq konsistensioyaya malik, elastik və ağrısız olur. Onlar ləng inkişaf edərək əmələ gəlir və dəyişməz ölçüdə qalır.
Lipoma şiş xəstəliyi sayılsa da xərçəng xəstəliyi hesab edilmir. Lipomaya ən çox kürək, əl, bud və sarğı nahiyədə, az hallarda isə bədənin digər nahiyələrində rast gəlinir.
Adətən lipoma müalicə tələb etmir, amma, fiziki hərəkətə mane olur. Buna görədə həddindən çox böyüdükdə onun cərrahi yolla xaric edilməsi vacib sayılır.
Lipomadan ev şəraitində xilas olmaq üçün onun üstünə təbii yağlardan və bitkilərdən hazırlanmış krem sürtmək lazımdır. Kremin əsas tərkibi kətan yağından ibarət olur. Bu müalicə üsulundan qədim Hindistanda geniş istifadə edilib.
Kətan yağının tərkibi Omeqa-3 yağı ilə zəngindir. Omeqa 3 yağında olan amin turşuları dəri altındakı iltihabi prosesləri sağaldır, piy toxumalarındakı hüceyrələrin sıxılmasına bə həll olmasına səbəb olur. Bu yağ hətta ağır metalların, sərbəst radilakkarın da miqdarının azalmasına səbəb olur.
Kətan yağının antioksidant, qanda şəkərinvə xolesterinin miqdarını normallaşdərmaq qabiliyyəti vardır.
Dərialtı piy toxumaından qurtarmağın bir yolu da onu nassəj etməkdir. Massaj edərkən isə mütləq kətan yağından istifadə etmək lazımdır. Kətan yağı ilə massaj lipomanın balacalanmasına səbəb olur.
Kətan yağı lıə qarışıq bitkilərin dəmləməsindən hazırlanmış qarışım isti hada lipomanın üstünə qoyularaq bağladıqda isə lipoma tədricən sorulur və itir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Dəridəki lipomaya bənzər şişkinliklərdən necə qurtarmağın yolunu bilirdinizmi?" haqqında müzakirə