Aktinomikoz
Aktinomikoz insan və heyvan dərisinin altında iltihab və sızanaqların olması ilə xarakterizə olunan xəstəlikdir. Bu xəstəlik zamanı dərinin alt təbəqəsində çoxlu irinli yaralar olur.
Xəstəliyin törədicisi Actinomyces adlı qrammüsbət göbələk mikrobudur. Aktinomikoz göbələyi bütün insanların ağız və burun boşluqlarında olur. Amma o tək halda heç bir patoloji əlamət vermir, onun xəstəlik əmələ gətirməsi üçün mütləq başqa bir növ göbələk mikrobu ilə birləşməsi lazımdır. İrinli səpgilər adətən üzdə, boğazda, çənədə, döş və qarın hissədə əmələ gəlir. Aktomikozun tədricən əmələ gəlməsi onun funqal infeksiya olduğunu təsdiqləyir.
Xəstəlik geniş yayılımış xəstəliklərdən hesab edilir. Oğlanlarda qızlara nisbətən 4 dəfə artıq rast gəlinir. Xəstəliyə əsasən aşağıdakı hallarda yaxalanmaq olur:
* dərmanlar səbəbli immunitetet azaldıqda
* orqanizmin müqaviməti aşağı olduğu zamanlarda
* keyfiyyətsiz qidalanma zamanı
* diş əməliyyatları zamanı zədələnmə aldıqda.
Aktinomikoz xəstəliyinin əmələ gəlməsinin əsas səbəblərindən biri oral absesdir.
Əlamətləri:
Aktinomikoz ağız toxumasına daxil olduqda çənədə bərk bir kütlə kimi əllənir. İlk əmələ gəldiyi zaman ağrısız, sonralar isə ağrılarla müşayət edilir. Ağrı və əmələ gələn kütlənin ölçüləri üz və çənədə əzələ spazmlarına səbəb ola bilir. Hətta bəzən əzələlərin spazmından xəstələr ağızlarını aça bilmirlər. Aktomikoz xəstələrə bəzi əlamətlər verə bilir:
* qızdırma
* arıqlama
* üz və ya boyunda irinli kütlələr
* dəridə xırda irinli yaralar
* öskürək.
Aktomikoz bədənin yumşaq toxumasında əməl gəlir, amma sürətlə yaxınığındakı sümük toxumasına infeksiya yaya bilir.
Xəstəliyə diaqnozun qoyulmasında yaralardan götürülmüş mayenin müayinəsinin nəticələri əsas hesab edilir. Müalicə antibiotiklər və antifunqal preparatlarla aparılır.
Xəstəliyin baş verməməsi üçün ağız boşluğunun gigiyenik qaydalarına əməl etmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Aktinomikoz" haqqında müzakirə