Bağırsaqların hərəki fumksiyasının pozulması

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 439 414
  • 0 rəy

Bağırsaqların hərəki fumksiyasının pozulması.
Bağırsaqların hərəki funksiyasının pozğunluqlarına aşağıdakılar aiddir:
– peristaltikanın qüvvətlənməsi 
– peristaltikanın zəifləməsi. 
Peristaltikanın qüvvətlənməsi.
Bu iltihabi proseslər (enteritlər, kolitlər), yaxşı çeynənməmiş qida maddələririnin mexaniki təsiri, keyfiyyətsiz qidanın tərkibində olan qıcıqlandırıcıların və mikrob toksinləri səbəbli olur. Bağırsaqların peristaltikası sinir və endokrin sistemin patologiyaları zamanı da qüvvətlənə bilir. Məsələn, qüvvətli həyəcan və qorxu keçirən adamlarda vegetativ sinir sisteminin fəaliyyətində olan dəyişikliklər bağırsaq peristaltikasının qüvvətlənməsinə səbəb ola bilir. Peristaltika qüvvətləndikdə bağırsaqlarda olan qidaların hərəkətliliyi sürətlənir, sorulma prosesi isə azalır. Bunun nəticəsində ishal baş verir. Peristaltikanın qüvvətlənməsi yoğun bağırsaqlarda baş verdikdə isə ishal daha sürətli olur. İshal zamanı orqanizmdən çoxlu su və eloktrolit itir, qan qatılaşır, həzm preosesi pozulur. Uzun müddət baş verən ishal orqanizmin üzülməsinə səbəb olur.
Peristaltikanın zəifləməsi.
Bu bağırsağın hərəki funksiyasının pozulmasının tez-tez rast gəlinən növlərindən biridir. Peristaltikanın zəifləməsi qəbizliklə müşayiət olunur. Qəbizliyin patogenezində yoğun bağırsaqların peristaltikasının pozulması əsas yer tutur, çünki nəcis kütlələrinin bərkiməsi və formalaşması yoğun bağırsağın funksiyası ilə bağlıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bağırsaqların hərəki fumksiyasının pozulması" haqqında müzakirə