Yastıayaqlılıq

  • Müəllif: elnare
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 3 585
  • 0 rəy

Yastıayaqlılıq.
Yastıayaqlılıq (düzdabanlıq) anadangəlmə və qazanılma olur. Qazanılmış yastıayaqlılıq uyğun olmayan ayaqqabı geyildiyi zaman meydana çıxır. Düzgün, ortapedik olmayan ayaqqabı ayaq sümüklərinin deformasiyasına səbəb ola bilir. Buna görə də az yaşlı uşaqlara ayaqqabı seçərkən çox diqqətli olmaq lazımdır. Bəzən normal ayağa sahib olan bir adamın ayaqları 30-40 yaşdan sonra da düzləşə bilir. Bunun səbəbi aşağıdakılar ola bilər:
– yaş həddi
– daima dabansız düz ayaqqabı geymək
– artıq çəki
– revmatik xəstəliklər.
Düzdabanlıq adi gözlə müayinə edilib, asan diaqnozu qoyulan bir xəstəlikdir. Ayağın altında normada olması gərəkən çuxurun olmaması, düzdabanlı adamlarda müəyyən narahatçılıqlar əmələ gətirir. Bu cür ayağa sahib adamlar uzun müddət ayaq üstə dayana bilmir, uzaq məsafəyə piyada gedə bilmirlər. Ayaq altında qövsün olmaması belə adamların ayaq əzələlərində ağrılara, tez yorulmağa səbəb olur. Anadangəlmə düzdabanlı uşaqlar isə tez-tez yıxılmağa məruz qalır. Topuqlarında ağırlıq hissi olduğuna görə idman oyunlarında yaşıdlarından geri qalırlar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yastıayaqlılıq" haqqında müzakirə