Sidik çöküntüsünün mikroskopik müayinəsi
Müayinə üçün götürülən sidik yaxşıca qarışdırıldıqdan sonra 10 ml setrifuqa şüşəsinə tökülür.Sentrifuqa edildikdən sonra çöküntü üzərindəki məhlul alınır,çöküntü əşya şüşəsi üzərində nəzərdən keçirilir.Əvvəlcə kiçik böyüdücü,sonra isə böyük böyüdücü altında mikroskopda baxılır.Bu zaman sidikdə qanın formalı elementləri,slindirlər və duzlar öyrənilir.
Bu zaman mikroskopda eritrositlər dəyişilməmiş,yəni hemoqlabin itməmiş və dəyişmiş hemoqlobilini itirmiş olur.Dəyişilmiş eritrositlər sidiyin xüsusi çəkisi aşağı düşdükdə müşahidə olunur,xüsusi çəki çox olduqda eritrositlər büzüşürlər.Sağlam adamların sidiyində mikroskopun görmə sahəsində 0-1,1-2 eritrosit tapıla bilir.
Eritrositlər sidiyə böyrəklərdən və yaxud sidik yollarından keçə bilirlər.Bu proses hematuriya adlanır.Ancaq mikroskop altında aşkar edilən hematuriya mikrohemoturiya,adi gözlə müayinə zamanı aşkar edilən hematuriya makrohematuriya adlanır.Adi gözlə baxdıqda sidiyə 1 ml qan qarışdıqda belə siyin qanlı olmasını görmək olur.
Baş verən hematuriyanın yumaqcıq və qeyri-yumaqcıq mənşəli olmasının xüsusi praktik əhəmiyyəti var.Yumaqcıq hematuriyası qlomerulonefritdə,qan laxtalanmasının pozulmasında və s. olur.
Qeyri-yumaqcıq hematuriyası böyrəklərin və sidik yollarının daşları və şişləri zamanı müşahidə edilir.
Sidikdə qan müşahidə olunduqda qanaxmanın yerinin müəyyənləşdirilməsi vacibdir.Bunun üçün 3 qab sınağından istifadə edilir.Bu zaman xəstə sidiyə çıxdıqda əvvəlcə birinci qaba,sonra ikinci,daha sonra isə üçüncü qaba siyir.Sidiyin rəngindən və hematuriyanın olmasından asılı olaraq qanaxmanın yeri müəyyənləşdirilir.Qanaxma birinci porsiya sidikdə olduqda patologiyanın sidik kanalında,üçüncü posiya sidikdə qan olduqda sidik kisəsində olduğu öyrənilir.Əgər patologiya böyrəklərdə olarsa hər üç posiyada qan görünür.
Sidik çöküntüsünün mikroskopik müayinəsi zamanı sidikdə leykositlərin də miqdarını təyin etmək olur.
Leykositlər sidikdə kiçik,yumru hüceyrələr formasında qeyd olunur.Sidiyin xüsusi çəkisi az olduqda onlar şişkinləşir.Normal sidikdə leykositlər əsasən neyrofil leykosit formasında,mikroskopun görmə sahəsində 1-2 ədəd,(qadınlarda 4-6 ədəd) olur.Sidikdə leykositlərin miqdarı bundan çox olduqda leykosituriya adlanır.Leykosituriyanın olması sidik yollarında iltihabın olmasının göstəricisidir.İltihabın yerini təyin etmək üçün Tompsonun üçqab sınağı aparılır.Bu zaman səhər sidiyinin başlanğıc hissəsi birinci qaba,sonrakı sidik ikinci qaba,sonda gələn porsiya isə üçüncü qaba alınır və ayı-ayrılıqda yoxlanılır.
Leykositlərin az və ya çox olması xəstəliklərin ağırlıq dərəcəsini göstərir.Aktiv iltihabı proseslər olmadıqda sidikdə leykositlərin miqdarı norma daxilində ola bilir.
Sidik çöküntüsünün mikroskopiyası zamanı yastı,keçid və böyrək epitelisi hüceyrələrinə də rast gəlmək olur.Yastı epitel hüceyrələri baxış zamanı yumru,yaxud poliqonal fornada olub,böyük ölçülü,rəngsiz və nüvəsi kiçik olur.
Mikroskopiya zamanı sidikdə slindirlərin də müayinəsi aparılır.Slindrlər zülal və hüceyrələrdən əmələ gəlir,kanalcıq mənşəlidir,slindr formada və müxtəlif ölçüdə olur.Slindrlərin bir-neçə növü var ki,bunlar da mikroskopik baxış zamanı müəyyən edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sidik çöküntüsünün mikroskopik müayinəsi" haqqında müzakirə