Proliferasiya-İltihabın sonuncu mərhələsi

  • Müəllif: redaktr
  • Tarix: 11 fevral 2017
  • Baxış sayı: 3 576
  • 0 rəy
Proliferasiya-İltihabın sonuncu mərhələsi
İltihabı proses hüceyrə proliferasiyası və zədələnmiş toxumaların bərpa olunması ilə başa çatır.Toxumalarda toplanan mübadilə məhsulları hüceyrə proliferasiyasına stimulyasiyaedici təsir göstərir.Bu prosesin başlanmasında toxuma hipoksiyasının və onunla əlaqədar olan fiziki-kimyəvi dəyişikliklərin böyük rolu vardır.Adətən proliferasiya iltihab ocağının hər tərəfində eyni vaxtda başlamır.Zədələnmiş nahiyənin mərkəzi hissəsində alternativ dəyəşikliklərin sürətlə yayıldığı dövrdə periferik zonalarda proliferativ proseslər müşahidə edilir.Lakin zaman keçdikcə alterasiyanın sürət və intensivliyi artır və bu proses iltihab ocağının bütün sahələrini əhatə edir.
İltihab ocağında olan polimorf nüvəli qranulositlər isə proliferasiya dövrünə qədər məhv olur.Monositlər və makrofaqlar zədələnmiş hüceyrələri,xırda trombları və yad cisimləri udur və əridir.Bu dövrdə makrofaqlarla hüceyrədaxili həzm prosesi sürətlənir.İltihab zonası tədricən nekrozlaşmış hüceyrə və toxumalardan təmizlənir.Bu zaman həmin hissənin hüceyrələri fibroblastlara çevrilirlər.
Proliferasiya dövründə fibroblastlarda sürətlə zülal sintez edilir.Eyni zamanda fibroblastların bir hissəsi birləşdirici toxumaya çevrilir.Fibroblast və fibrositlərin fəaliyyətinin məhsulu ola kollogen liflər iltihab ocağının sahəsini məhdudlaşdırır və toxuma deffektini aradan qaldırır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Proliferasiya-İltihabın sonuncu mərhələsi" haqqında müzakirə