Şiş toxumasının digər toxumalardan fərqi
Şiş toxumaların hüceyrəvi elementlərinin sürətlə çoxalması ilə xarakterizə edilən patoloji prosesdir.Bu proses həm insanlarda,həm də bitki və heyvanlarda baş verə bilir.
Şiş hüceyrələri böyümə və çoxalma xassələrinə görə normal toxumadan fərqlənir.
İltihab,hiperplaziya,regenerasiya prosesləri də hüceyrələrin çoxalması ilə müşahidə edilir.Lakin bu proseslərdə hüceyrə çoxalması orqanizmin tənzimedici sistemlərinin təsiri altında davam edir.Şiş hüceyrələri isə bu mexanizmlərdən asılı olmadan çoxalır.
Şişin ikinci əsas xüsusiyyəti atipik hüceyrə toxumasına malik olmalarıdır.Atipiklik şiş hüceyrələri quruluşundan,funksiyasından,maddələr mübadiləsindən,çoxalma və differensasiya qabiliyyətindən asılı olaraq normal hüceyrələrdən çox fərqlənir.Şiş hüceyrələrinin embrional hüceyrələrə xas olan struktur əldə etməsi onun xarakter xüsusiyyətidir.
Şiş hüceyrələrində nüvə böyük olur,sitoplazmanın nisbi miqdarı azalır.Belə hüceyrələrdə enerji ehtiyatının çox hissəsi böyümə və çoxalma prosesinə sərf olunur.Şiş hüceyrələrində membran səthi nisbətən böyük,hüceyrəarası əlaqələr isə zəif olur.Buna görə də maddələrin hüceyrə membranından keçməsi,hüceyrələrin qidalanması,membranların ətraf mühit qıcıqlarını qəbuletmə qabiliyyəti adi hüceyrələrdəkilərdən fərqlənir.
Şiş hüceyrələri histoloji tərkibinə görə də normal hüceyrələrdən fərqlənir.Onlar şişin inkişaf etdiyi orqan və toxumaların hüceyrələrindən çox fərqlənirlər.Xoşxassəli şişlər zamanı yeni yaranan hüceyrələr əmələ gələn nahiyədə bərabər səviyyədə yayılır,amma,sağlam toxumadan kəskin sərhədlə ayrılır.Bədxassəli şiş hüceyrələri isə ümumi toxumadan ayrılıb digər orqan və toxumalara da yayılmaq qabiliyyətinə malik olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Şiş toxumasının digər toxumalardan fərqi" haqqında müzakirə