Dil xərcəngi
Dil xərçənginin gedişatı:
Dil xərçənginin klinik gedişində şərti olaraq 3 mərhələ ayırd edilir. Başlanğıc, inkişaf dövrü və laqeyd dövr.
Başlanğıc dövr – Bu dövrdə xəstədə pataloji ocaqda dəyişik bir hiss olur. Ağız boşluğuna baxış keçirtdikdə, müxtəlif dəyişikliklər görünür, patalojı ocaqda selikli qişanın, toxumanın qalınlaşması, papilyar törəmələr, ağ ərp və s.qeyd olunur. 25 % hallarda bu periodda ağrı olur.
Başlanğıc dövrdə anatomik olaraq 3 formaya bölünür.
– Xora forması – yara ölçüsü 50% hallarda yavaş-yavaş böyüyür ( qalan hallarda sürətlə ).
– Düyünlü forma yara ətrafında ağımtıl ləkələr , qalınlaşma ilə özünü biruzə verir. Sonuncu halda, zədə nahiyyəsində selikli qişa dəyişməz ola bilər. Bu formada adətən yaranın aydın sərhədləri var və xoralar daha sürətli inkişaf edir.
– Papillar forma – selikli qişanın altinda qalınlaşma yaranır. Onlar sürətlə inkişaf edir və tez-tez bütöv mukoza ilə əhatə olunur.
İnkişaf dövrü:
Bu zaman bir çox əlamətlər vardır. İlk növbədə, demək olar ki, ağrının intensivliyi xəstələri narahat edir, lakin bəzən, hətta şiş böyük ölçüdə olsada ağrı olmur. Ağrı lokal olur, bəzəndə qulaq, başın müəyyən bir hissəsində özünü biruzə verir.
Tipik simptom ağızdan qoxunun gəlməsidir.
Bu formada anatomik olaraq iki formaya bölünür.
– ekzogen forma.
– endogen forma.
Laqeyd dövr:
Tez inkişaf edir. Ətraf toxumanı dağıdır.
Bunuda qeyd etmək lazımdır ki, dilin arxa hissəsinin şişi ön hissəsinin şişinə nisbətən daha bədxassəli olur, bunun müalicəsi də daha çətin olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Dil xərcəngi" haqqında müzakirə