Erkən və gecikmiş hamiləlik toksikozları

  • Müəllif: redaktr
  • Tarix: 5 fevral 2017
  • Baxış sayı: 2 248
  • 0 rəy
 Erkən və gecikmiş hamiləlik toksikozları
Hamiləlik qadının ümumi vəziyyətindən,sinir-endokrin və digər sistemlərinin fəaliyyətindən asılı olaraq gedir.Hamiləliyin gedişatı zamanı baş verən pozulmalar hamiləlik toksikozları adlanır.
Toksikozların baş verməsində yaşayış tərzinin, şəraitinin və s. amillərin rolu böyükdür. Hamiləlik toksikozları aşağıdakılardır:
1 Hamiləliyin birinci yarısının toksikozları
Əlamətləri - qusma,ağız suyunun axması,həddindən artıq qusma
2 Hamiləliyin ikinci yarısının toksikozları
Əlamətləri - ödem,nefropatiya,preeklampsiya,eklampsiya
3 Nadir forma toksikozlar
Əlamətləri - hamiləlik drermatozları,hamiləlik tetamyası,hamiləlik bronxial astması,simfizopoatiya və sakralepatiya,hamiləlik sarılığı,qara ciyərin kəskin sarı diastrofiyası
Hamiləlik qusması hamiləliyin ilk aylarında bir çox qadınlarda müşayət olunur.Qusmalar adi və arasıkəsilməz ola bilir.Bu zaman iştah zəifləyir,amma tamam kəsilmir.Qusmadan əvvəl xəstələrdə ürəkbulanma olur,nəbz sürətlənir,temperatur yüksəlir,bəzən yuxusuzluq ola bilir.
Toksipölazmalar zamanı qusmalar aramsız ola bilir.Bəzən hamilələr gün ərzində 20 dəfə qusa bilirlər.Ağır hallarda apatiya və adinamiya baş verir.Bu zaman sidikdə aseton və keton cisimcikləri aşkar edilir.Bu hallar müşahidə edildikdə hamilələrin müalicəsi xəstəxana şəraitində aparılır.Müalicə kompleks şəklində aşağıdakı kimi davam etdirilir:
- hamilələrə mərkəzi sinir sistemini sakitləşdirən dərmanlar təyin edilir
- hamilə qadının pəhrizinə diqqət yetirilir
- dölün normal inkişafı üçün əlverişli şərait yaradılır
- toksikozla yanaşı baş vermiş xəstəliklər müalicə edilir
- orqanizmi möhkəmləndirici müalicə aparılır
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Erkən və gecikmiş hamiləlik toksikozları" haqqında müzakirə