Kəskin dağınıq ensefalomielit

  • Müəllif: redaktr
  • Tarix: 3 fevral 2017
  • Baxış sayı: 3 833
  • 0 rəy

 Kəskin dağınıq ensefalomielit
Kəskin dağınıq ensefalomielit sinir sisteminin yoluxucu-allergik xəstəliyidir.
Xəst'liyin törədicisinin neyroprop viruslardır.Virisin orqanizmə əsas daxil olma yolları yuxarı tənəffüs yolları və mədə-bağırsaq traktıdır.Virusların baş beyinə və onurğa beyinə daxil olması hematogen və polinevral şəkildə baş verir və mielinsizlşməyə səbəb olan allergik reaksiyalar əmələ gətirir.
Bu zaman morfoloji olaraq baş beyində mikroqliyanın inkişafı və kəskin damar dəyişikliyi ilə diffuz iltihabi ocaqlar aşkar edilir.Əsasən ağ maddə zədələnir,proses mielinsizləşmə xarakteri daşıyır.
Kəskin dağınıq ensefalomielit zamanı sinir sisteminin zədələnməsi zəif olub,əsasən sinir kötüklərində baş verir.Bu zaman baş beyin,onurğa beyin kökləri və periferik sinirlər kifayət qədər zədələnir.
Xəstəlik çox vaxt kəskin başlayır,ümumi yoluxucu əlamətlər və ocaq əlamətləri özünü biruzə verir.Bədənin hərarəti yüksəlir,kataral əlamətlər və baş ağrıları meydana çıxır.Xəstələrdə beyin əlamətləri özünü göstərməyə başlayır.Bunlara aiddir:
- görmə zəifliyi
- çəpgözlülük
- nistaqm
- üz siniri səbəbli asimmetriyalar
- bulbar əlamətlər
Xəstələr beldə,döş qəfəsində ağrılardan və əsmədən şikayət edirlər.Onların dəri örtüyü avzımış olur və ürəkdöyünmə əlamətləri meydana çıxır.Xəstəlik ümumi yoluxucu və nevroloji əlamətlərin sürətli inkişafı ilə xarakterizə edilir,görmə zəifliyi və ətrafların parezi inkişaf edir.
Xəstəliyə diaqnozun qoyulması yoluxucu əlamətlərin kəskin başlaması və multifokal pozulmaların olmasına əsaslanır.
Müalicə zamanı desensibilizə və dehidratasiyaedici müalicə üsullarından istifadə edilir.Kəskin bulbar əlamətlər meydana çıxdıqda reanimasıya tədbirləri görülür.Xəstələrə B qrup vitaminlər və metobolozmi yaxşılaşdıran müalicə təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kəskin dağınıq ensefalomielit" haqqında müzakirə