Donvurma
Donvurma – güclü soyuqdan orqanizmin toxumalarının zədələnməsinə deyilir.
Ayaqlar və əllər donvurmaya dah tez məruz qalır. Hətta 0 C- dərəcədən yuxarı olan temtraturda, xüsusən, tez-tez dəyişən mülayım havada da donvurma baş verə bilər. Yaş və dar ayaqqabı, soyuq havada, qarda, yağışda uzun müddət hərəkətsiz qalmaq, habelə fiziki və posixoloji yorğunluq, orqanizmin zəifləməsi, qan itirmə və əvvəllər baş vermiş donma halları da tez donvurmaya səbəb olur. Donvurma zamanı toxumalar dərhal zədələnmir. Əvvəlcə soyuğun təsirindən dəri avazıyır və həssaslığını itirir. Zədələnmənin həqiqi dərinliyini və sahəsini ancaq soyuğun təsiri kəsiləndən sonra, bəzən isə bir neçə gündən sonra təyin etmək olur.
Müalicəsi: Donvuran adama ilk tibbi yardım onu isti yerdə yerləşdirməkdən ibarətdir. Əgər hələ toxumalarda dəyişiklik baş verməyibsə, don vurmuş nahiyələri spirtlə sürtür və steril sarğı qoyurlar. Əgər imkan varsa, güclü soyuq vurmuş adamı isti vannaya salmaq məsləhət görülür. Don vurmuş adama isti çay, qəhvə verilir, adyala bükülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Donma
10 yanvar 2017
Soyuq hava şəraitində nələrə diqqət etməli
4 yanvar 2017
Qış aylarında soyuqdan necə qorunmalı?
29 dekabr 2016
Soyuğun orqanizmə patoloji təsiri
9 yanvar 2017
Üşümənin səbəbləri
4 yanvar 2017
Yanıqlar və ilk tibbi yardım
26 dekabr 2016
Soyuq havanın orqanizmə təsiri
4 yanvar 2017
Orqanizmin susuzlaşması
4 yanvar 2017
"Donvurma" haqqında müzakirə