Uşaq serebral iflicinin hiperkinetik forması

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 3 535
  • 0 rəy

Uşaq serebral iflicinin hiperkinetik forması
Serebral iflicin bu forması qeyri-iradi hərəkətlərlə və nitq pozğunluqları ilə özünü biruzə verir.Xəstəliyin ağır forması uşağın südəmər dövründən aşkar edilir. Bu zaman körpələrdə məcburi qeyri-iradi hərəkətlər müşahidə edilir.Ancaq uşağın hiperkinetik əlamətləri bir yaşının sonunda,ikinci yaşının əvvəllərində meydana çıxır.Hiperkinezlər əsasən aşağıdakı hissələrdə meydana çıxır:
- ətrafların distal hissəsində
- üzün mimiki əzələlərində
- gövdə əzələlərində
- böyun əzələlərində
İflicin ağır formalarında qeyri-iradi hərəkətlər ləng olur,başlıca olaraq əl və dabanda müşahidə edilir.Xəstəliyin nisbətən yüngül formalarında qeyri-iradi hərəkətlər tez inkişaf edir.Xəstəlik zamanı gövdə,çiyin və boyun əzələlərində qəfil spazm tutmaları baş verir.
Uşağın həyatının birinci ilində əzələ tonusu dövrü olaraq dəyişir.Əvvəlcə əzələ hiperemiyası başlayır,ikinci ay aydın distonik hücumlar başlayır,əzələ tonusu yüksəlməsi baş verir.Bu müddətdə vətərlərin reflekdləri normal olur,nitqdə ləngiləmələr aşkar edilir,intellekt dəyişir,amma qıcolmalar az olur.
Xəstəliyin diaqnozu pediatr və nervpatoloqlar tərəfindən qoyunur.Müayinə zamanı ailə anamnezi araşdırılır.Müalicə zamanı arzulanan nəticə əldə edilmir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Uşaq serebral iflicinin hiperkinetik forması" haqqında müzakirə