Uşaq serebral iflicinin hemiplegik forması
İflicin bu forması aşağıdakı əlamətlərlə özünü biruzə verir:
- əlin mərkəzi tipli parezi
- ayağın mərkəzi tipli parezi
- qıcolma tutmaları
- psixi pozulmalar
- nitq pozulmaları
Xəstəliyə ilk diaqnoz uşaq doğulan zaman hiperemiya diaqnozunun qoyulması ilə başlayır. Diaqnoz ətrafların hemiparezi,kəllə sinirlərinin mərkəzi tipli zədələnməsi ilə birgə müşahidə edilir.Əzələ tonusunun olması uşağın 2-3 aylığında ozünü göstərməyə başlayır.Belə ki,bu dövrlərdə tonus ləng gedişə malik olur,uşaq gəzməyə başlayan kimi isə kəskin sürətdə artır.Bu zaman vətər və sümüküstü refleksləri adətən hər iki tərəfdən yüksək olur.Hemiparez baş verən nahiyədə isə əl və daban refleksləri müşahidə olunur.Belə uşaqlar danışmağa başladıqda onlarda nitq pozulmaları müşahidə edilir,düşüncə və yaddaş zəif olur.Onlarda diqqət sabit olmur,tez yorulma və aşağı psixi fəallıq qeyd edilir.İflicli uşaqların 40-50%-də qıcolmalar baş verir.
Diaqnoz ailə anamnezi və kliniki müayinənin nəticələrinə əsasən qoyulur.Körpənin həyatının ilk aylarında şərtsiz reflekslərin olmaması və ya gecikməsi,əzələ tonusunun asimmetrik olması,körpədə özbaşına bədən hərəkətlərinin olması,barmaqların əsməsi baş verdikdə xəstəliyin olmasına şübhə yaradır.Uşağın bir yaşı olduqdan sonra hərəki,nitq və psixi pozulmaların aydın şəkildə olması diaqnozu təsdiqləyir.
Uşaq sesbral iflici irsi xəstəlikdir.Xəstəliyin əmələ gəlməsində xromosom sindromları,sinir sisteminin şiləri,neyroinfeksiyaların da rolu olduğu düşünülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Uşaq serebral iflicinin hemiplegik forması" haqqında müzakirə