Pianoya qulluq

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 1 624
  • 0 rəy

Pianoya qulluq
Pianonun zahiri görünüşünü və musiqi keyfiyyətini qoruyub saxlamaq üçün ona daima yaxşı qulluq edilməlidir.
Pianinonu otağın daxili divarının yanına qoymaq lazımdır.Bunun üçün divarla piano arasında ən azı 10 sm məsafə olmalıdır.Nəmişlik bu aləti xarab edir,tellər pas atır,toxmacıqlar nəm çəkir və tellərə dəyəndə boğuq səs çıxarır.Bu vəziyyət uzun müddət davam etdikdə isə yaranan nöqsanı aradan qaldırmaq çətin olur.
Pianonu nəmişlikdən başqa qızdırıcı cihazlar da korlaya bilir.
Piano küləkdən zərər görməsin deyə onu qapıdan və pəncərələrdən də aralı qoymaq lazımdır.
Yumuşaq mebel,ağır pərdə və xalçalar da alətin səsini udur.Buna görə də pianinonun altına xalça sərmək olmaz.
Pianinonu güvədən də qorumaq lazımdır.Güvənin pianinonu zədələməməsi üçün ona mane olmayan hissəsində torbada naftalin asmaq və onu ildə 1 dəfə dəyişdirmək lazımdır.
Pianino ildə 1 dəfə sazlanmalıdır.
Pedal cığıldadlğı zaman onu altından açıb tozunu ehmalca təmizləmək lazımdır.
Əgər eyni dili basanda hər dəfə zəng səsi eşidilirsə deməli pianinonun üstündə və ya ən yaxınlığındakı metal əşya buna səbəb olur.
Pianonun dilləri vaxtaşırı nəm əski ilə silinməli və tez qurulanmalıdır.
Alətin üstü isə xüsusi təmizləyicilər vasitəsilə təmizlənməli və vaxtaşırı istifadə edilməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Pianoya qulluq" haqqında müzakirə