Neyroborrelioz

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 1 974
  • 0 rəy

Neyroborrelioz
Neyroborrelioz multisistem infeksion xəstəlik sayılır.Xəstəlik insana Borrelia burgddorferi tərəfindən ğənə dişləməsi zamanı keçir.Xəstəliyə dünyanın bütün ölkələrində rast gəlinir.Ən çox yazın sonlarında və yay aylarında bağ mövsümü zamanı baş verir.
Xəstəlik 3 etapdan ibarətdir.
Birinci etap gənənin sağlam adamı dişlədikdən sonra bir-neçə gün və ya həftədən ibarətdir.Bu etapda gənənin dişlədiyi yerdə qızartı,dairəvi eritema əlamətləri baş verir,nadir hallarda xəstədə baş ağrıları meydana çıxır.
İçinci etap gənə dişlədikdən 1-2 ay sonralar meydana çıxmğa başlayır.Bu zaman xəstələrdə aşağıdakı xəstəliklərin əlamətləri meydana çıxır:
- üz sinirlərinin nevriti
- kəskin meningit
- meninqoradikulit
- artrit
İkinci etapda meninqopadikulit əlamətləri özünü onurğadan çıxan sinir köklərinin iltihabi xəstəlikləri ilə və onurğabeyin maddəsində baş verən dəyişikliklərlə göstərir.Bu zaman xəstədə sinir boyu ağrılar başlayır,ağrılar ətraf toxumalara irradiasiya edir.Ağrı başlayandan bir-neçə həftə sonra aşağı ətraflarda asimmetrik parez inkişaf edir,ayaqlarda hissiyyat itir.
Xəstəliyin üçüncü etapı gənə dişləməsində 2-3 ay sonra göstərir.Bu zaman xəstələrdə ensefalit və mielit əlamətləri meydana çıxr,parez əlamətləri artır,sinir boyu eritema əlamətləri meydana çıxır.
Xəstəliyə diaqnoz seroloji müayinələr vasitəsilə qoyulur.Diaqnozu təsdiqləmək üçün onurğa beyin maddəsinin müayinəsi aparılır.
Nəzərə almaq lazımdır ki,bu gənələrin fəaliyyəti yaz və yay aylarında artır.
Xəstəliyin müalicəsi birinci etapda başlanan zaman effektli olur.Xəstəyə güclü antibiotiklər təyin edilir,əmələ gələn simptomlara görə müalicə təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Neyroborrelioz" haqqında müzakirə