REVMATİZM – REVMATİK QIZDIRMA
Revmatizmin inkişaf etməsində sosial faktorlar da böyük rol oynayır. Bunlara qeyri-əlverişli məişət şəraiti, qeyri-rasional qidalanma, genetik meyillilik aiddir.
Patogenez.
Orqanizmə streptokokk infeksiyasının daxil olmasına qarşı orqanizmdə streptakokk əleyhinə antitellər istehsal olunur. Streptokokkun fermentləri və toksinləri də həmçinin miokard və birləşdirici toxumaya zədələyici təsir edir. Xəstələrin toxumaları bu immun kompleksləri hərisliklə birləşdirməyə meyilli olurlar. Bundan başqa streptokokk əleyhinə yaranmış antitellər toxumalarda o cümlədən kardial antigenlərlə birləşmək xüsusiyyətinə malik olurlar. Bu zaman iltihabi proses əsasən ürək-damar sistemininin birləşdirici toxumasında lokalizə edir, onun və miokardın antigen sturukturunu pozur. Nəticədə yavaş inkişaf edən hiperhəssaslıq tipində autoimmun proses inkişaf edir, xəstənin qanında limfositlər aşkar edilirbir sözlə ürək zədələnir.
Revokardit zamanı ürəyin zədələnməsinin digər bir morfoloji xüsusiyyəti oynaqlar və serroz qişalarda baş verən iltihabi dəyişikliklərdir.
Patoloji proses autoimmun xarakter daşıdığından xəstəlik dalğavari gedişə malik olur. Xəstələrdə revmatik qızdırma İnfeksiya və qeyri spesifik faktorların ( soyuqlama, fiziki gərginlik, stress) təsirindən kəskinləşir. Revmatizm zamanı morfoloji dəyişikliklər ilk növbədə miokardda baş verir. Endokardda baş verən bu dəyişiklik və vətər liflərinin zədələnməsi orqanizmə revmatik hücumdan 6-8 həftə sonra baş verir.
Revmatizmli xəstələrdə revmatik ağrılar olur. Havanın rütubətindən asılı olaraq onların diz və dirsək oynaqları ağrayır. Oyanqlar demək olar ki, tez tez ağrayır və onlarda şişkinlik olur.
Xəstəliyin təyini zamanı revmatizm sınağı qoyulur və EKQ çəkilir.
Xəstəliyin müalicəsində stafilokokku məhv edən antibiotiklərdən, ağrıkəsicilərdən hormonlardan istifadə olunur. Cərrahi müdaxilə ilə ürəkdəki qüsur aradan götürülür. Bütün revmatik xəstələr yaşadığı ünvanda yerləşən poliklinikada qeydiyyatda olur. Revmatizmdən əziyyət çəkən xəstələr ildə 2 dəfə müalicə olunurlar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"REVMATİZM – REVMATİK QIZDIRMA" haqqında müzakirə