Hipotireoz
SİMPTOMLARI:
Anadangəlmə və qazanılma hipotireozun əlamətləri eynidir. Bu xəstəliyin klinikası yaranma dövründən, dərəcəsindən, müddətindən asılıdır. Uşaqlarda ön planda fiziki, əqli və cinsi inkişafın ləngiməsi aşkar olumur. Anadangəlmə hipotireoz adətən qızlarda daha tez-tez rast gəlir .Belə ki, bu uşaqlar anadan artıq çəki ilə doğulurlar, onlarda fizioloji sarılıq daha uzuz müddət çəkir. Onlarda iştaha zəif, udma aktı çətin olur, çəkilərini az artırırlar, qəbizliyə meylli olurlar, yuxululuq, əzginlik qeyd olunur. Qarın böyük olur, göbək yırtığına rast gəlinir, səs tembri aşağı olur. Əgər hipotireoz 5-6 aylarında aşkar edilirsə klassik 3 qrup simptom nəzərə çarpır
1) psixoinkişafın ləngiməsi
2) bütün daxili orqanlarda funksional dəyisikliklər
2) dəri və onun törəmələrinin trofik pozulmaları
Ağır formada dəri ödemli olur. Bu əsasən alın, göz qapaqları, dodaq və yanaqlarda büruzə verir. Bu xəstəlik zamanı boy və sümük sistemi inkişafdan geri qalır. Borulu sümüklər qısa və enli olur, üz skeleti inkişafdan qalır (burun yəhəri enli ,yastı, burun qısa olur ,göz almaları bir-birindən aralı yerləşir) .
DİAQNOSTİKASI:
Yuxarıdakı əlamətlər diaqnozu qoymağa əsas verir. Həkim endokrinoloqa müraciət edilməlidir.
MÜALİCƏSİ:
Bu xəstələrin müalicəsi həkim-endokrinoloq tərəfindən tireoid preparatları ilə aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Hipotireoz" haqqında müzakirə