Hipotrioz
Hiportioz qanxanabənzər vəzin hormon azlığı ilə müşayiət olunan xəstəliyidir. Xəstəliyin əlamətləri qaxanabənzər vəzin fəaliyyətinin hansı mərhələdə pozulmasından ibarətdir.
Anadangəlmə hipotrioz kretinizm adlanan ağır patoloji prosesin inkişafına səbəb olur. Bu zaman xəstələrdə ağıl zəifliyi, eybəcərlik və cırtdanboyluq olur. Belə xəstələr qısaboylu olmaqla bərabər, qeyri-mütənasib bədən quruluşuna sahib olurlar. Xəstənin ətrafları qısa, gövdəsi isə ətraflara nisbətən böyük olur. Kretinizm xəstələrinin başı iri, gözləri xırda və çəp, burnunun üst tərəfi yastılaşmış, dərisi qalın və kobud olur. Xəstələrdə ikincili cinsiyyət əlamətləri inkişaf etmir.
Qalxanabənzər vəzin funksiyası yaşlı şəxslərdə azaldıqda (hipotrioz baş verdikdə) xəstələrdə miksödema xəstəliyi inkişaf edir. Bu aşağıdakı hallarda baş verir:
– vəzin atrofiyası zamanı
– vəzin operativ üsulla çıxarılması zamanı
– radioaktiv yod birləşmələri ilə zəhərləndikdə.
Miksödemanın yüngül forması xəstələrdə ruh düşkünlüyü, zəiflik, süstlük, kökəlməyə meyillik, qəbizlik kimi əlamətlərlə müşahidə olunur.
Xəstəliyin ağır forması bədən temepraturunun normadan aşağı olması, soyuğa dözümsüzlük, yaddaşın zəifləməsi, bradikardiya, süstlük, sianozfiziki gərginlikdən sonra təngnəfəslik kimi əlamətlərlə özünü göstərir. Miksödemanın ağır forması dəri və dərialtı toxumalarda çoxlu miqdar su toplanması və ödemin əmələ gəlməsi isə müşayiət edilir.
Hipotioz zamanı xəstələrin orqanizmində oksidləşmə prosesi zəifləyir, əsas mübadilə proseslərinin fəaliyyəti pozulur. Bu zaman xolesterinin sintezi azalır və orqanizmdən xaric olması ləngiyir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Hipotrioz" haqqında müzakirə