MIOZIT VƏ MİALGİYA

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 507 473
  • 0 rəy

MIOZIT VƏ MİALGİYA
Miozit və mialgiya kəskin və xroniki infeksion xəstəliklərin çoxunda rast gəlinən bir simptomdur. Bu simptom özünü əzələlərdə ağrılarla biruzə verir. Miozit və mialgiyaya ən çox leptospirozda və brüsellozda rast gəlinir. Miozitə infeksion xəstəliklərdə mialgiyadan daha çox ras gəlinir. Miozitə demək olar ki, bütün qızdırmalı xəstələrdə rast gəlinir. Miozit infeksion xəstəliklrin təsirindən baş verən allergik reaksiyadır. Xəstəlik zamanı bəzən əzələlərdə anatomik dəyişikliklər baş verdiyindən ağrının şiddəti daha da artır. Miozit əzələlərin palpasiyası zamanı ağrı, ağrıyan yerin bərkiməsi, düyünləşmə, qalınlaşma ilə müşayət olunan xəstəlikdir. Diffuz proseslərdə bütün əzələ ağrıyır və həmin hissədə başqa əzələlərdən fərqli olaraq bərkimə sahələri tapılır.
Mialgiya intoksikasiya, mikrosirkulyasiyanın pozulması zamanı da baş verir. İnfeksion xəstəliklərdən leptospiroz, brüselloz, toksoplazmoz, qarın yataıağı, paratiflər zamanı miaıgiya baş verir. Parazit xəstəliklərdən trixinellöz, sistisekoz, dermatomiazit, sklerodermiya və bu kimi xəstəliklər zamanı isə miazit baş verir.
Miazitlər zamanı xəstələrin bütün əzələlərində ağrılar baş verir. Ağrılar hərəkət zamanı əmələ gəlir, bəzən spontan olur, ağrılar əzələləri əllədikdə də hiss olunur.
Miazitlər hər xəstəlikdə özünü bir cür göstərir. Məsələn, qarın yatalağında qarının düz əzələləri, bronxolm xəstəliyi zamanı qarın və döş əzələləri, brüsellöz xəstəliyində havadan asılı olaraq bütün əzələlər ağrıyır. Trixinellöz xəstəliyi zamanı göz qapağı və üzün əzələləri də ağrıyır.
Xəstəliyə diaqnoz qoymaq o qədər də çətinlik törətmir. Əzələlərə toxunmaq kifayət edər ki, miozitin diaqnozu təstiqlənsin.
Müalicə əzələlərdə ağrının əmələ gəlməsinə səbəb olan xəstəliyi aradan qaldırmaqdan ibarətdir. Xəstəyə ağrıkəsicilər və fizioterapevtik müalicə təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"MIOZIT VƏ MİALGİYA" haqqında müzakirə