Gün ərzində 12 dəqiqə məşq eləməklə siz kök ayaqlarınızı düz və biçimli ayağa çevirə bilərsiniz
Gün ərzində 12 dəqiqə məşq eləməklə siz kök ayaqlarınızı düz və biçimli ayağa çevirə bilərsiniz.
Qadınların hamısı özlərini formaya salmaq üçün yazın gəlməsini gözləyirlər. Onlar yay aylarında gözəl görünmək üçün əllərindən gələni edirlər. Qadınlar arıqlayıb gözəl görünmək üçün həm dieta axlayır, həm də müxtəlif idman hərəkətlərindən istifadə edirlər. Qadınların yay aylarında narahatçılıqlarına səbəb olan piylənmiş bölgələrdən biri də budlardır. Enli və piyli budlar qadınlara gözəllik bəxş etməməklə yanaşı, bəzən onlara mini ətək geyinən zaman sıxıntıya salır.
Sizlərə piyli budlardan xilas olmaq və düz ayaqlara sahib olmaq üçün müxtəlif idman hərəkətləri təqdim etmək istəyirik.
1. Ayaqlarınızı aralayın və pəncələrinizi yanıara döğru qoyun. Hər iki əliniz döşünüzün qabağında yumruq şəklində birləşdirin və yavaş-yavaş əyilub qalxmağa çalışın. Bu hərəkəti bir-neçə dəqiqə təkrarlayın.
2. Yenə həmin vəziyyətdə dayanaraq əllərinizi qabağa doğru uzadaraq əyilib qalxın. Bu hərəkəti də bir-neçə dəqiqə edin.
3. Sağ ayağınızı düz saxlayaraq sol dizinizi qatlayaraq əyilib qalxın. Bu hərəkəti sol ayağınızla edib hərəkəti bir neçə dəqiqə təkrar edin. Bu zaman yenə əvvəlki kimi əllərinizi yumriuq şəklində sinənizin qarşısında saxlamağa çalışın. Əyilərkən isə dirsəklərinizi dizlərinizə yaxınlaşdırın.
4. Əllərinizi eyni vəziyyətdə saxlayaraq əyilmiş vəziyyətdə dayanın. Sonra əvvəlcə sağ ayağızı sağa doğru havaya qaldırın və yerə qoyun, daha sonra sol ayağınızı sol tərəfdən havaya qaldırıb idman edin.
5. Yerdə sağ dirsəyinizə dəstək verərək dayanın, sol əlinizi belinizə qoyun. Sonra sol ayağınızı havaya qaldırıb saldırın və bu hərəkəti bir-neçə dəqiqə edin. Daha sonra bu hərəkəti digər ayağınızla həyata keçirin.
6. Sağ qolunuza dətək verərək sol ayağınızı havada dairəvi hərəkət etdiririsiniz. Sonra sol qolunuza dəstək verərək sağ ayağınızla havada dairəvi hərəkətlər edirsiniz. Bu hərəkətləri bir neçə dəqiqə edin.
7. Sağ qolunuza dəstək verərək bədəninizi havaya qaldırın və sol ayağınızı aşağı-yuxarı doğru hərəkət etdirin. Sonra bu hərəkəti digər ayağınızla həyata keçirin və bir-neçə dəqiqə təkrarlayın.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Gün ərzində 12 dəqiqə məşq eləməklə siz kök ayaqlarınızı düz və biçimli ayağa çevirə bilərsiniz" haqqında müzakirə