Mukovisidoz

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 3 595
  • 0 rəy

 Mukovisidoz yenidoğulmuş uşaqlarda rast gəlinən genetik bir xəstəlikdir.Bu xəstəlik maddələr mübadiləsinin pozğunluğu ilə özünü biruzə verir . Xəstəlik maddələr mübadiləsinin baş verməsini ləngidir bu səbəbdən də xəstələrdə qəbizlik, ishal ,arıqlama,boyun artmaması müşahidə olunur. Mukavisidoz yeni doğulmuşlarda baş versə də uşaq böyüdükcə əlamətləri xronoki hala keçir.Bəzi hallarda isə xəstəlik körpə vaxtında gizli keçir uşaq böyüyəndən sonra əlamətlərini biruzə verir.
Xəstəliyin əlamətləri aşğıdakılardır:
1)İshal
2)Qəbizlik
3)Bağırsaq keçməzliyi
Diaqnostikası: Xəstəliyin diaqnozu yeni doğulmuş uşağın qanının və tərinin müayinəsi zamanı bəlli olur.Xəstə uşağın tərində olan duzun miqdarı böyük adamın tərində olan duzun miqdarından çox olur.Xəstələr çox tərlədiyinə görə tərlə birlikdə orqanizm üçün lazım olan elektrolidlər də xarıc olur . Halbu ki , həmin elektroidlər
körpənın bədəninin normal inkişafı üçün əhəmiyyəti böyükdür.
Xəstəliyin klinikasında bu simptomlar da özünü biruzə verir:
-Fasiləsiz öskürək
-İmmunitetin aşağı düşməsi
-İnsulin mübadiləsinin pozulması
-Yuxarı tənəfüs yollarının təkrarlanan infeksiyası
-Öd kisəsində durğunluq
-Həzmin pozulması
-Boyun artmaması
-Anormal ölçülərdə nəcis ifrazı
MÜALİCƏSİ: Xəstəliyin müalicəsi yoxdur.Görülən tədbirlər nəticəsində yalniz xəstəliyin gedişatını zəiflətmək olar.Görülən müalicə tədbirləri xəstə uşağın yaşaması və vəziyyətini yüngülləşdirmək üçündür.Xəstəyə fizioterapevtik müalicə,idman müalicəsi,inhalyasiyalar,xəstəliyin əlamətlərini azaldan dərmanlar təyin olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Mukovisidoz" haqqında müzakirə