Epidermal nevus
Epidermal nevus dəridə əmələ gələn xoşxassəli şiş xəstəliyidir.Xəstəlik əksər hallarda anadangəlmə olur. Bəzi hallarda isə epidermal nevus xəstəliyi uşaq yaşlarında meydana gəlir. Xəstəliyə kişi və qadınlar arasında eyni nisbətdə rast gəlinir.
Epidermal nevusun 2 növü ayırd edilir:
1. yerləşdiyi yerinə görə
2. iltihabı əlamətlərinə görə
3. sistem formaya malik
Xəstəliyin əmələ gəlməsində embriogenetik pozulmaların rolu olduğu söylənilir.
Epidermal nevus özünü dəridə əmələ gətirdiyi zədələnmə ocaqları ilə biruzə verir.Zədələnmələr tək və ya çoxlu papillomatoz struktura malik,bir-birinə sıx birləşən yaralar şəklində olur.Yaraların rəngi normal dəri rəngindən fərqli,piqment ləkələri rəngdə,oval şəkilli,üstünün dərisi sığallı olur.Yaranın böyük bir hissəsi monolateral şəkildə olur.Epidermal nevus orqanizmdə aşağıdakı patologiyaları əmələ gətirə bilir:
- göz almasının deffekti
- sümüklərdə anormallıq
- ensefalopayiya
Epidermal nevusun klinikasinda iltihab əlamətləri də özünü göstərir.Əksər hallarda yaralar psoriasabənzər formada olur və qaşınma verir.
Epidermal nevusa diaqnozun qoyulmasında kliniki əlamətlərin və biopsiyanın rolu boyükdür.Xəstəlik xarakter xüsusiyyətlərinə görə papillamotoz və hiperkeratoz olur. Epidermal nevusun iltihabı forması dəridə qeyri spesifik infiltrat və parakeratoz əlamətləri ilə özünü biruzə verir.
Başın tüklü hissəsində əmələ gələn nevus hipertrofik strinqosistiadenoma əlamətlərinə görə təyin edilir.
Sistem formalı nevus isə hiperkeratoz və ixtioziya formalı epidermiya əlamətləri ilə təyin edilir.
Epidermal nevus xəstəliyinin diaqnozu aknitik hiperkeratoz,verrukoz psorias,immundefisit virus xəstəliklərinin diaqnozu ilə eynilik təşkil edir.
Xəstəliyin müalicəsində elektrokoaqulyasiyadan,lazer müalicəsindən,dermabraziyadan istifadə edilir.Bəzi hallarda xəstəyə sakitləşdirici müalicə təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Epidermal nevus" haqqında müzakirə