Dəriyə qulluq.

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 941
  • 0 rəy

Dəriyə qulluq dedikdə onun müxtəlif vasitələrlə təmizlənməsi və ya dəriyə maskaların qoyulması nəzərdə tutulur. Dərini mağazalarda satılan lasyonlarla silə bilərsiniz. Hazır maskaları da istənilən kosmetika mağazalarından almaq olar. Onların çoxu kimyəvi üsullarla hazırlanır. Mən isə sizə bir neçə təbii maska və lasyon resepti yazmaq istəyirəm.
1. 1 çay qaşığı sarıkök, 1 çay qaşığı bal, 1 çay qaşığı südü qarışdırıb dərinizə sürtün. 30 dəqiqə saxlayib yuyun. Bu maskanı axşam qoymaq lazımdır . Çünki üz yuyulsa da sarıkökün rəngi qalır. Ancaq səhər yenidən yuyulduqdan sonra sarı rəngdən əsər qalmır. Maska dərini işıqlandırır. Qocalmanı zəiflədir.
2. 1 çay qaşığı darçın, 1 çay qaşığı balı qarışdırıb, üzdə 30 dəqiqə saxlayıb yuyun. Dərini parlaqlaşdırır, iltihabı prosesləri aradan götürür.
3. 1 xörək qaşığı şəkər tozu, 1 yumurta, 1 çimdik istiot, 1 dəstə cəfəri, qarışdırıb üzə çəkilir. 10 dəqiqə saxlayıb yuyulur. Bu maska ağardıcı təsirə malikdir.
4. Evdə əlinizin altında nə varsa meyvələr, tərəvəzlər, buğda unu,  ağartı məhsulları – bunların hansından istəsəniz istədiyiniz qədər qarışdırıb üzünüzə sürtə bilərsiniz.
4. 3 ədəd aspirin, yarım çay qaşığı limon suyu, yarım çay qaşığı su. Qarışığı üzə sürtüb 2-3 dəqiqədən sonra silirsən.
5. Bir neçə damcı perkisi kişilər üçün təraş kerminə qatıb üzə sürtülür. 10 dəqiqədən sonra yuyulur. Maska dəridəki ləkələri aparır. Bu maskanı 1 həftədən tez etmək olmaz.
6. Alma sirkəsinin üzərinə yağ əlavə edib (1:1 nisbətdə ) üzə sürtüb yuyulur .Maska dərini parıldadır, rəngini açır, qırışları azaldır.
7. Dəfnə yarpağının dəmləməsi üzdə olan iltihabi prosesləri azaldır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Dəriyə qulluq." haqqında müzakirə