QURU DƏRİYƏ QULLUQ

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 718
  • 0 rəy

QURU DƏRİYƏ QULLUQ

Dərinin piy vəziləırinin fəaliyyəti yaşdan, qidalanmanın xüsusiyyətindən və əsəb sistemindən asılı olaraq dəyişir. Piy vəzilərinin fəaliyyətinin pozulması özünü dəridə müxtəlif şəkildə göstərir. Dəridə ya həddindən artıq yağlanma olur, ya da quruluq artır, dərinin elastikliyi itir, qırışlar çoxalır, dəri gün şüalarına qarşı həssas olur. Dəridə piy vəziləri öz funksiyasını itirdikdə dəri soyuğa və istiyə də həssas olur. Quruluq artdıqda dəridə mimikaya uyğun olaraq qırışlar da əmələ gəlməyə başlayır, belə dəri qıcıqlanmaya meyilli olur və hər bir qıcığa qarşı qızararaq cavab reyaksiysı verir.
Dəridə quruluğun əmələ gəlməsinə səbəb olan daxili səbəblər aşağıdakılardır:
– mədə-bağırsaq funksiyasının pozulması
– qidanın bağırsaqdan yaxşı sorulmaması
– qidanın tərkibində kifayət qədər vitamin və yağın olmaması
– daxili sekresiya vəzilərini normal işləməməsi
Dəridə quruluğun artmasına xarici faktorlar da səbəb ola bilir. Günəş, külək, dəniz suyu, isti sobanın yanında işləmək bunlara misal olaraq göstərilə bilər. Bu səbələrə görə dəri gigiyenik qaydalara uyğun qulluq tələb edir. Bu qaydalar aşağıdakılardır:
1. Küçəyə çıxmazdan əvvəl üzü yumaq olmaz.
2. Kosmetikadan çox istifadə etmək olmaz.
3. Tərkibində spirt, ağardıcılar olan vasitələrdən çox istifadə etmək olmaz.
Dəridə quruluğun olmasından ən çox qadınlar şikayət edirlər. Hesablamalara görə hər 2 qadından birinin dərisi quruluğa meyillidir. Dəridə quruluq ən çox yaşlandıqca baş verir. Quru dəri sabunla yuyulduqca daha da həssaslaşır və quruluğu artır. Quru dəri tez qırışır və insanı yaşından daha artıq göstərir. Dəridə quruluğu aradan qaldırmaq üçün dəriyə xüsusi diqqət və qayğı ilə yanaşmaq lazımdır:
– Dərini soyuq su ilə yumaq olmaz.
– Yalnız səhərlər günəş süaları altında gəzmək olar.
– Hovuzda, dənizdə çimən zaman üzə quru dəri üçün lazım olan krem çəkilməlidir.
– Gündə ən azı bir dəfə dəriyə aşağıda adı çəkilənlərdən biri maska şəklində sürtülməlidir:
* bitki yağı
* yağlı smetan
* donuz piyi
* ərinməmiş kərə yağı.
Qurur dəridən kosmetik vasitələri silmək üçün bitki yağlarından istifadə edilməsi daha məqsədə uyğundur.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"QURU DƏRİYƏ QULLUQ" haqqında müzakirə