Üz dərisinə düzgün ve təbii qulluq qaydaları
Şirinbiyan kökündə müalicəvi xüsusiyyətlər haqqında.
Bir çox xəstəliyin müalicəsi üçün antik dövrlərdən bəri şirinbiyan kökü müalicə məqsədilə istifadə edilsə də, 1990-cı illərin əvvəlində yapon alimləri şirinbiyan kökünün tərkibində olan qlabridin adlı maddənin UVA (ultrabənövşəyi) şüalarını uda və dəri ağardıcı maddə kimi istifadə edildiyini sübut ediblər. Dəri baxım məhsullarına əlavə edilən şirinbiyan kökü dəridəki tünd ləkələrlə mübarizə aparır, dərini sakitləşdirir və qırmızılığı azaldır.
Üzdə qırışa görə – 1x/q un (qerkules), 1 yumurta sarısı, 1x/q smetan qarışdırılıb üzə cəkilir. Qarışdırdıqdan sonra 15-20 dəqiqə uzdə saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.
Yağlı dəri üçün – 1 xörək qaşığı un, 1 xörək qaşığı smetan, 1 çay qaşığı soda qarışdırılır. Üzə cəkilib 10 dəq saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.
Sifəti dartan krem (maska) – yarım limonun suyu və 1 yumurta ağı qarışdırılır. Üzə cəkilib bir az saxlanılır. Sonra isə üz yuyulmalıdır.
Ağardıcı maska – 2 qaşıq bal və 4 qaşıq un qarışdırılıb, üzə cəkilir. Bir az saxlandıqdan sonra üz yululmalıdır.
Əllərə qulluq – 1 xörək qaşığı badam yağı , A, D və E vitaminləri qarışdırılır. Sonra əllərə cəkilib bir az saxlanılır. Saxlandıqdan sonra əllər yuyulmalıdır.
Banan maskası ilə dərinizi sevindirin. Axşamlar evdə olarkən 1 dənə banan yeyin, 1 kiçik hissəcik saxlayın ki, üzünüzə maska edəsiniz. Bu cür maska dərinizi sevindirəcək və ona “banan incəliyi” bəxş edəcək. Kiçik banan hissəciyini üzünüzə çəkin və ya onunla dərinizi massaj edin. Banan dərinizi qidalandıracaq və təmizləyəcək. 15-20 dəqiqə sonra üzünüzü əvvəlcə ilıq, sonra isə sərin su ilə yuyun. Üzünüzü quruladıqdan sonra, qidalandırıcı krem çəkin.
Yulaf maskası:
Yulaf əzməsi, qatıq və pomidor.
Yulaf əzməsi, pomidor suyu və qatıqdan bir çay qaşığı götürüb bir qaba tökün. Bu qarışığı xəmir halına gətirin. Üzünüzə çəkib 20-30 dəqiqə saxlayın, saf su ilə yaxalayın. Pomidor suyu dərini möhkəmləndirir. Yulaf və pomidor suyu əsrlərdir ki, dəri rəngini açan maddə kimi istifadə edilir. Yulaf əzməsi dəriyə pilinq təsiri verir. Qatıq həm dəri ləkələrini açmaqda, həm də üzünüzə ağ və parıltılı görünüş qazandırmaqda təsirlidir.
Qaragilə maskası:
Qaragilə bitkisinin yarpaqlarından əldə edilən alfa-arbutin maddəsi çilləri, tünd ləkələri və üzdəki dəri rəng fərqlərini aradan qaldırır. Bir ay ərzində aparılan tədqiqatda alfa-arbutin maddəsindən əldə edilən dəri ağardıcı məhsulları istifadə edən 80 qadının, dəri rəngində ciddi şəkildə ağarma müşahidə olunub. Xüsusilə dəri ağardıcı məhlulları arasında ən təsirlisi bəlkə də budur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Üz dərisinə düzgün ve təbii qulluq qaydaları" haqqında müzakirə